Üzvlər

ULUTURAN

Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq

"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC

"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.

"Araz Supermarket" MMC

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkənin ən böyük pərakəndə satış şirkətlərindən biridir. Daim yenilikləri izləyən və inkişaf strategiyasını bazar tələblərinə uyğun olaraq müəyyənləşdirən “Araz” supermarketlər şəbəkəsi Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən müasir logistik mərkəzi ilə hər gün 400 minə yaxın müştəriyə xidmət göstərir. Müştərilər hər gün “Araz”dan təzə və təravətli meyvə-tərəvəz, keyfiyyətli, standartlara uyğun, halallıqla kəsilən təzə ət və ət məhsulları, sobadan yeni çıxmış isti “Xonça” şirniyyatları, un məmulatları əldə edə bilərlər.

“OBA Market” MMC

“OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.

Silk Plaster

"TALEH-İ" LTD Məhdud Məsuliyyətli Firması 1998-ci ilin aprel ayından fəaliyyət göstərir. Şirkət yarandığı gündən tikinti və inşaat materiallarının topdan və pərakəndə satışı ilə məşğul olur. 2012-ci ildən firma, dünya üzrə dekorativ ipək oboylarının (maye oboy) istehsalına görə öz layiqli yerini tutmuş, Rusiya Federasiyasının "Silk Plaster" brendi ilə tanınan "Zolotoy Dizayn" şirkəti ilə əməkdaşlıq etmişdir. Azərbaycan Respublikası üzrə rəsmi distributor olaraq, topdan və pərakəndə satışını həyata keçirərəl, bu gün də fəaliyyətini davam etdirir.

Azerbaijan Global IT Technology

AGİT MMC 2017-ci ildən etibarən Azərbaycanın informasiya texnologiyaları bazarında fəaliyyətə başlamışdır. AGIT MMC, ölkə ərazisində müştərilərə etibarlı İT və Telekommunikasiya infrastrukturunu quraşdırır və idarə edir. Bununla yanaşı şirkətiniz üçün ehtiyac duyduğunuz bütün IT avadanlıqların satışı, rəsmi zəmanətli printer və kartriclərin satışı, təhlükəsiz, etibarlı və yüksək keyfiyyətli kompüter şəbəkələrin qurulması, idarə edilməsi və nəzarəti xidmətini göstərir. "Azerbaijan - Global IT Technology" 05.02.2024 tarixindən KOBSKA üzvüdür

FreshAir Mechanical Engineering MMC

FreshAir Mechanical Engineering MMC şirkəti olaraq yerli bazarda müştərilərin isti havalarda sərinliyə, soyuq havalarda isə istiliyə olan ehtiyacını qarşılamaq üçün havalandırma sistemləri təklif edir. FreshAir Mechanical Engineering MMC 05.02.2024 tarixindən KOBSKA-nın üzvüdür. Sizinlə əməkdaşlığa şadıq!

Progress Garden

"PROQRES" xüsusi firması 1996-cı ildən etibarən fəaliyyət göstərməkdədir. Almaniyanın bağçılıq, meşəçilik və kənd təsərrüfatı texnikaları və alətləri üzrə ən məşhur firmaları olan Stihl, Viking, Gardena, Al-Ko, İsveçrənin Felco və Amerikanın Briggs&Stratton və Oregon firmalarının Azərbaycanda rəsmi idxalçısı və distribüteri olaraq orijinal keyfiyyətə malik məhsulları ölkəmizə gətirir. Şirkətin əsas məqsədi müştərilərinə keyfiyyətli bağ, meşə və kənd təsərrüfatı texnikaları, həmçinin suvarma sistemlərinin satışı və quraşdırılmasını əlçatan qiymətə və keyfiyyətli şəkildə həyata keçirməkdir.

Stühmer Chocolate

"Stühmer Chocolate" 25.01.2024 tarixindən KOBSKA üzvüdür

Qinyətoğulları

Qinyətoğulları Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərən arıçılıq təsərrüfatıdır. İstehsal olunan məhsulların keyfiyyəti, istehsal olunan məhsulların miqdarı, arı pətəklərinin sayı, texnoliji avadanlıqlarına görə Qinyət oğulları illərdir Azərbaycanda öz birinciliyini qoruyub saxlayır. Hal-hazırda 1400-ə yaxın arı pətəyi olan Qinyətoğulları atadan oğula keçən ailə təsərrüfatıdır. 1975-də ilk arı pətəkləri alan ailə zamanla pətəklərinin sayını artırıb, həvəskar arçılıqdan peşəkar arıçılığa keçib. 1980-cı ildən Qinyətoğulları ailəsi köçəri arıçılığın tətbiqinə başlayıb. Balyığımı mövsümündə arıları bölgə-bölgə gəzdirərək məhsullarında çeşidlərin sayını artırıblar. Bu gün Qinyət oğulları təsərrüfatının arıxanaları Masallı, Lerik, Saatlı, Yevlax, Ağdaş, Şəki, Oğuz, Zaqatala, Qax və s. rayonlarda yerləşir. "Qinyətoğulları" MMC 22.01.2024 tarixindın KOBSKA-nın üzvüdür.

Vafa Dermatology & Aesthetic Clinic

Vafa Dermatology & Aesthetic Clinic 2009-cu ilin 26iyul tarixindən fəaliyyət göstərir. Fəaliyyət göstərdi tarixdən bu günə kimi nəticələrinin mükəmməlliyi, pasiyentlərinə sevgi ilə yanaşması, müştərilərə olan diqqətimiz və səmimiyyətimizlə daim sevilib-seçilmişib. Əsas məqsədi klinikanın və personalın imkanlarından geniş istifadə edərək müraciət edən hərkəsə ən yüksək səviyyədə xidmət göstərməkdir. “Klinika fəaliyyətə başladığı gündən yalnız bir devizlə irəliləmişdir. Klinikaya müraciət edən hər bir pasiyentə sağlam və qüsursuz dəri ilə yanaşı, kompleksiz təbəssüm bəxş etməkdir!” "Vafa Dermatology & Aesthetic Clinic" şirkəti 22.01.2024 tarixindən KOBSKA-nın üzvüdür.

SMTS

Yüksək keyfiyyətli tikinti-quraşdırma işlərinin icra olunması üçün digər amil, yüksək ixtisaslı mühəndis-texniki heyətdən ibarət komandanın formalaşdırılmasıdır. Bu məqsədlə "SMTS" mühəndis-texniki heyətin müxtəlif təlimlərə qatılmasına, dünyanın qabaqcıl təhsil müəssisələrində təhsil səviyyələrinin yüksəldilməsinə, kadrların beynəlxalq konfranslarda iştirakına üstünlük verir. Şirkət tikinti-quraşdırma işlərini malik olduğu maddi-texniki baza, peşəkar mühəndis-texnik heyəti, keyfiyyətə nəzarət sistemi, qabaqcıl idarəetmə üsullarını tətbiq etməklə sifarişçi, layihəçi, podratçı şirkətlər, dövlət orqanları və digər maraqlı tərəflər ilə koordinasiya quraraq keyfiyyətlə, vaxtında və şəffaf qaydada həyata keçirir. "SMTS" şirkəti 16.01.2024 tarixindən KOBSKA-nın üzvüdür.

Brain of Construction

“Brain of Construction” MMC 28.09.2021-ci ildən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. “Brain of Construction” MMC 2011-ci ildən fəaliyyətdə olan “Hi-Tech Solutions” və “Unitech Solutions” MMC şirkətlərinin rebrendinqidir. Ağıllı ev, təhlükəsizlik və telekommunikasiya sistemlərinin quraşdırılmasına və onların istismarına nəzarət edilməsi, eyni zamanda servis xidmətinin göstərilməsi fəaliyyət profilini seçmişdir. Şirkətin təhlükəsizlik və telekommunikasiya sistemlərinin quraşdırılması və tətbiq olunan bu sistemlərin servis xidmətinin həyata keçirilməsi üçün yüksək ixtisaslı kadr və peşəkarların bir arada toplandığı şirkət olmaqla yanaşı, hər zaman öz müştərilərinin məmnuniyyəti üçün müasir standartlara, yeni nəsil texnologiyalara cavab verən məhsul və xidmətləri ilə seçilməkdədir. Şirkətin qısa müddətli bir keçmişi olmasına baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi daim yeni nəsil texnologiyaların istifadə edilməsi ilə yanaşı eyni zamanda layihələndirmə yönündə bir çox uğurlara imza ataraq, ölkə ərazisində öz layiqli yerini tutmuşdur. "Brain of Construction" şirkəti 16.01.2024 tarixindən KOBSKA-nın üzvüdür

LED & Connections

"LED & Connections" şirkəti təhsil, təlim, konsalting xidmətləri göstərən qabaqcil şirkətlərdən biridir. Xidmət sahələrlə yanaşı xarici dil tədrisi ilə də fəaliyyət göstərir. "LED & Connections" şirkəti 15.01.2024 tarixindən KOBSKA üzvüdür.

Muradlı M - MMC

Muradlı-M MMC ilk olaraq Muradlı İnşaat mağazaları vasitəsilə müştərilərinə inşaat mallarının topdan satış mərkəzi kimi xidmət göstərmişdir. Bir müddət sonra Muradlı İnşaat yerli Panda boyaları markası altında istehsalata başlamışdır. Muradlı-M MMC boyadan əlavə Panapol markası altında dekorativ tavan künclüklərinin və tavan göbəklərinin istehsalçısıdır. Bu gün dünyanın 10-dan çox ölkəsinə ixracat edən və “Böyük Bazarda” rəqabətə tab gətirən istehsal sahəsinə çevrilmişdir. Hal-hazırda 100 dən artıq dekorativ tavan künclüyü və tavan göbəkliyi çeşidi vardır.

Edu Max

EduMax şirkəti 2017 - ci ildən peşəkar fəaliyyətə başlamışdır. Əsas fəaliyyət istiqamətləri - xaricdə təhsil, yay məktəbləri və dil kurslarının təşkilini həyata keçirməkdir. Fəaliyyətə başladı tarixdən bu günə qədər onlarla tələbənin xaricdə təhsil arzusunu reallaşdırmışıq və davam edir. Şirkətin peşəkar komandası və çoxillik təcrübəsi ilə müxtəlif istiqamətlər üzrə şagirdlər və orta məktəbi yeni bitirmiş abituriyentlər, universitet tələbələri və məzunlara xarici ölkələrdə öz arzularını reallaşdırmaq üçün imkanlar yaradır. Tələbələrin dünya standartlarına uyğun universitetlərlə əlaqələndirilməsi, qəbulların alınması, qeydiyyatın aparılması və yerləşdirilməsi, viza dəstəyini içində ehtiva edən bir çox paketlər təklif edir. Edu Max MMC 09.01.2023-cü il tarixindən etibarən KOBSKA-nın üzvüdür.

Arter

Bir müəssisədə dəqiq uçot prosesinin qurulması üçün tələblərə uyğun proqram həllərinin tapılması çox vacibdir. ERP tətbiqi sahəsində 15 illik təcrübəyə malik olan Arter şirkətinin peşəkar komandası müəssisədə biznes proseslərinin analizi, doğru ERP həllinin seçilməsi və tətbiqində ən etibarlı tərəfdaşdır. Komanda ERP tətbiqi zamanı “Arterial Biznes Həllər” fəlsəfəsini rəhbər tutaraq biznesin şah damar sistemini formalaşdırır. Bu da öz növbəsində bölmələr arasında mərkəzləşmiş şəffaf məlumat axınını, biznes proseslərinin ölçüləbilən və detallı hesabatlılığa malik olmasını təmin edir.

Toscan İnşaat

“TOSCAN İNŞAAT” tikinti sektorunda özünü doğrultmuş və yüksək səviyyədə xidmət göstərən inşaat şirkətidir. Əsas fəaliyyət sahəsinə hündür mərtəbəli yaşayış və qeyri yaşayış binaları, restoran, ofis bir və çox mərtəbəli fərdi yaşayış evlərinin layihələndirilməsi, dizaynı, tikintisi və təmiri daxildir. Daim inkişafda olan şirkət paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirir. Toscan İnşaat layihələndirmə zamanı hər layihəyə fərdi yanaşır, ‘standartlaşdırılmış’ çərçivələrdən çıxmağa çalışır. Elə məhz buna görə də layihələr xüsusi və cəlbedicidir. Toscan İnşaat 24.12.2023-cü il tarixindən KOBSKA-nın xüsusi üzvüdür.

Revisa

Revisa şirkəti istehsal, xidmət, inşaat, qida, tibb, turizm, reklam, tədris və digər özəl və dövlət sektorlarında beynəlxalq ISO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi; ISO 14001:2015 – Ətraf mühitin idarə olunması sistemi; ISO 45001:2018 – Əməyin təhlükəsizliyi sistemi; ISO 10002:2018 – Müştəri məmnuniyyətinin idarə olunması sistemi; ISO 22000:2018 – Qida təhlükəsizliyi idarəetmə sistemi; ISO 31000:2018 – Risklərin idarə olunması sistemlərinin qurulmasını, sertifikatlaşdırılmasını və praktik şəkildə tədrisini təşkil edir. Son 3 il müddətində şirkətin təsisçisi və təlimçilərindən biri Vüsal Mahmudovun təqdimatında keçirilən təlimlərdə 200-dən artıq şirkətin 4000 nəfərdən artıq nümayəndəsi iştirak etmişdir.

Green Stream International

“Greenstream International” MMC 2018-ci ildə təhsis olunmuşdur. Şirkətin əsas profili inşaat materiallarının və alətlərinin Azərbaycana itxalı, distribusiyası və bir sıra məhsulların Azərbaycanda tək və ilk istehsalıdır. Hal hazırda Greenstream İnternational bir çox aparıcı istehsalçılarının Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkətin baş ofisi və mərkəzi anbarı Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində yerləşir. Bundan əlavə Azərbaycan Respublikasının regionlarında mərkəzdən idarə olunan 6 filialı vardır. Hər bir filialın öz anbarı, inşaat materiallarının satiş nöqtələrinə vaxtında çatdırılması üçün satış sistemi və öz avtoparkı mövcüddür. Green Stream International MMC 20.11.2023-cü il tarixindən KOBSKA-nın üzvüdür.

Nova Pack Ambalaj

Nova Pack Ambalaj 2009-cu ildən başladığı bağlama və qutu istehsalı fəaliyyətlərini 2018-ci ildən etibarən Gebzedəki istehsalatlarında davamlı böyümə ilə davam etdirir. NOVA-PACK A.Ş. Müştəri məmnuniyyətinə verdiyi önəm, personalına verdiyi təlim və məhsul keyfiyyətindən əksiklik vermədən əldə etdiyi səmərə ilə uğur prinsipini mənimsəmişdir. Sənayen parkı 4000 m2 torpaq sahəsində tikilmiş 2000 m2 qapalı sahəyə malikdir. Texnoloji inkişafları yaxından izləyərək, şirkətimiz öz maşınlarını daim genişləndirir və yeniləyir. Nova Pack Ambalaj 13.11.2023-cü il tarixindən KOBSKA-nın üzvüdür.

Polymart MMC

"Polymart" MMC 2015-ci ildən plastik boru, pvc boru, polietilen boru və s. istehsalı fəaliyyətinə başlamışdır. Bu gün "Polymart" MMC-nin tərkibində bir zavod (3000 m2), beş nümayəndəlik, iki xarici ölkədə ofisi (Türkiyə və Gürcüstan), bir neçə mağaza və baş ofisi fəaliyyət göstərir. Zavodumuzda Almaniya, Avstriya və İtaliya istehsalı olan istehsal avadanlıqlar quraşdırılmışdır. Bu da yüksək keyfiyyətli, standartlara cavab verən, müxtəlif ölçülərdə və parametrlərdə, P-Plast markalı boru, qaz boruları, su boruları və boru birləşmələrin istehsal etməyə imkan verir. Zavod aylıq 1500 ton plastik boru və fitinqlər istehsal etmək gücünə malikdir. Polymart MMC 11.08.2023 tarixindən KOBSKA üzvüdür.

ENEM-AY Financial Consulting and Career Center MMC

“ENEMAY Financial Consulting and Career Center” MMC hüquqi və fiziki şəxslərə məsləhət xidmətləri sahəsində dinamik inkişaf edən bir şirkətdir. 18.05.2017 – ci il may ayında təsis edilmiş və həmin aydan etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz tərəfindən bütün növ müəssisə, təşkilat və sahibkarlıq fəaliyyati ilə məşğul olan fiziki şəxslərə aşağıdaki qeyd olunan xidmətlər göstərilir: Mühasibatlıq,Vergi, gömrük və hüquq, Audit, Maliyyə, Ekspertiza, Kadr işinin təşkili, Biznesin yaradılması və başlanması, Menecment sistemin yaradılması, Autsorsinq, Konsultasiya. “ENEMAY Financial Consulting and Career Center” MMC 01.09.2023 tarixindən KOBSKA-nın üzvüdür.

Provitaz MMC

Provitaz Alternative Energy MMC 2013-cü ildən fəaliyyətə başlamış şirkətdir. Şirkət ilk fəaliyyətinə Lənkəran şəhərində başlamışdır. Əsas fəaliyyəti alternativ enerji mənbələrinin qurulması istiqamətindədir. Provitaz MMC 19.06.2023 tarixindən KOBSKA üzvüdür.

Over Metal MMC

Over Metal şirkəti dam örtükləri və aksesuarları, sendviç panel və aksesuarları, OSB - 3, tikinti materialları təchizatı, izolyasiya, su sistemləri və s. istehsalı ilə məşğuldur. Over metal 18.05.2023 illdən KOBSKA-nın üzvüdür.

Azər Legal Group

Azər Legal Group şirkəti 2014 ci ildə təsis olunub.Təsis olunandan sonra Azər Legal Group şirkəti , xüsusilə hüquq, miqrasiya, mühasibatlıq işləri görməyə başlamışdır. Xüsusilə xarici vətəndaşların Azərbaycan Respublikası ərazisində həm yaşamaq, həm də işləmək icazələrinin alınmaları, eyni zamanda hüquqi və fiziki şəxslərə hüquqi yardım göstərilməsi, məhkəmə dövlət orqanlarından iş tənzimlənməsi və korporativ təşkilatlara mühasibatlıq kadr xidmətləri göstərilir. Azər Legal Group 20.12.2022-ci ildən KOBSKA-nın üzvüdür.

LOGO AZDAD.jpg

AZDAD MMC

AZDAD un məmulatlarının hazırlanmasında əla növ un, təbii kərə yağı və digər yüksək keyfiyyətli məhsullardan istifadə edilmişdir . Keyfiyyətin və ləziz dadın ərsəyə gəlməsi üçün hər cür gigiyenik qaydalar nəzərə alınmışdır. Bütün amillərin olması üçün təcrübə çox önəmlidir. AZDAD MMC 09.12.2022-ci il tarixindən artıq KOBSKA-nın üzvüdür.

Media Post

Media Post xəbər saytıdır. Burada müxtəlif xəbərlərlə tanış ola bilərsiniz. Media post 29.11.2022-ci ildən KOBSKA-nın üzvüdür.

Jasper.ay logo_page-0001.jpg

jasper.ay

Marka @jasper.ay adı altında fəaliyyət göstərir. Təbii daşlardan hazırlanmış bəzək əşyaları hazırlanır. Hər bir xanımın zövqünə uyğun özəl yanaşaraq hazırladəğımız aksesuarları sizlərlə paylaşırlar. İstifadə edilən bütün məhsulların təbiiliyinə cavabdehlik daşıyırlar ve aksesuarlarda istifadə etdikləri metal hissələr qızıl suyuna salınır. Məhsulları 2 il qaranti ilə satışa qoyurlar. jasper.ay 21.11.2022-ci ildən KOBSKA-nın üzvüdür.

Net Yapı Pazarlama MMC

Net Yapı Pazarlama şirkəti 2003-cü ildən xırdavat və texniki materialların satışı üzrə fəaliyətə başlamışdır. Şirkət 2010-cu ildən "BVN", 2011-ci ildən “ACTİVENT”, 2022-ci ildən isə "ROKACELL” və "KARSAC" şirkətlərinin rəsmi distributoru olaraq fəaliyyət göstərir. Bununla yanaşı mərkəzdə "HTK", "TRAKYA DÖKÜM", "PLASTHERM", "U-FIX", "PİMTAŞ" və "KLEPSAN" kimi şirkətlərin də məhsullarının satışı həyata keçirilir. Net Yapı Pazarlama MMC 03.02.2022-ci il tarixindən KOBSKA-ya üzvdür.

AirFresh Servis MMC

Airfresh Service MMC 2012-ci ildə HVAC sənayesində fəaliyyət göstərmək üçün yaradılmışdır. O, istilik, soyutma, isitmə və soyutma üzrə aparıcı təchizatçı olan Trane şirkətinin nümayəndəsidir. Kommersiya ventilyasiyası, kondisioner və soyuducu (HVAC-R) sistemləri, nəzarət və xidmətlər və sənaye tətbiqləri. Trane səmərəli və məhsuldar istifadədə sənayeni formalaşdıran yeniliklərin uzun tarixinə malikdir. enerji baxımından davamlı həllər və müxtəlif bina rahatlığı və proses tələbləri baxımından ağıllı həllər. Trane-nin inteqrasiya olunmuş HVAC-R sistemləri və xidmətləri biznes fəaliyyətini və həyat keyfiyyətini yaxşılaşdırır Bina sakinlərinə, bina sahiblərinə və operatorlarına biznes və əməliyyat ehtiyaclarını ödəməyə imkan verir. hədəflər. Airfresh Service MMC Trane şirkətinin Azərbaycandakı yeganə nümayəndəsidir. Satış və Xidmət dəstəyi xidmətləri göstərir. Trane Şirkətinin Brend öhdəliyinə və Vizyonuna sadiq qalaraq, mütəxəssis heyəti ilə işini davam etdirir. AirFresh Servis MMC 02.06.2022-ci il tarixindən KOBSKA-nın üzvüdür.

final-logo (1)_page-0001.jpg

NeoPlast MMC

“NeoPlast” MMC 4 ilə yaxındır ki, kənd təsərrüfatı sahəsində meyvə və tərəvəzlərin plastik qablaşdırılmasının istehsal və satışını həyata keçirir. Şirkət bu ildən süd məmulatlarının qablaşdırılması, həmçinin sənaye və məişətdə istifadə olunan digər məhsulları da istehsal etmək üçün Abşeron rayonu, Xırdalan şəhərində yeni filial açaraq fəaliyyətini genişləndirib. Plastik tullantıların şirkət tərəfindən qəbul edilərək təkrar emalı da icra olunmağa başlanıb. “NeoPlast” MMC-nin hədəfi – keyfiyyətli məhsullar istehsal etməklə yanaşı, iqtisadi inkişafda iştirak etmək, dünyada və ölkəmizdə başlıca mövzu olan “Ətraf mühitin mühafizəsi” istiqamətində töhfə verməkdir. Neoplast MMC 18.02.2022-ci il tarixindən KOBSKA-nın üzvüdür.