
Arter
Bir müəssisədə dəqiq uçot prosesinin qurulması üçün tələblərə uyğun proqram həllərinin tapılması çox vacibdir. ERP tətbiqi sahəsində 15 illik təcrübəyə malik olan Arter şirkətinin peşəkar komandası müəssisədə biznes proseslərinin analizi, doğru ERP həllinin seçilməsi və tətbiqində ən etibarlı tərəfdaşdır. Komanda ERP tətbiqi zamanı “Arterial Biznes Həllər” fəlsəfəsini rəhbər tutaraq biznesin şah damar sistemini formalaşdırır. Bu da öz növbəsində bölmələr arasında mərkəzləşmiş şəffaf məlumat axınını, biznes proseslərinin ölçüləbilən və detallı hesabatlılığa malik olmasını təmin edir.
Digər üzvlər

Az İnşaat Holdinq
"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

ULUTURAN
Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Everest Group MMC
"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.