ENEM-AY Financial Consulting and Career Center MMC
“ENEMAY Financial Consulting and Career Center” MMC hüquqi və fiziki şəxslərə məsləhət xidmətləri sahəsində dinamik inkişaf edən bir şirkətdir. 18.05.2017 – ci il may ayında təsis edilmiş və həmin aydan etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz tərəfindən bütün növ müəssisə, təşkilat və sahibkarlıq fəaliyyati ilə məşğul olan fiziki şəxslərə aşağıdaki qeyd olunan xidmətlər göstərilir: Mühasibatlıq,Vergi, gömrük və hüquq, Audit, Maliyyə, Ekspertiza, Kadr işinin təşkili, Biznesin yaradılması və başlanması, Menecment sistemin yaradılması, Autsorsinq, Konsultasiya. “ENEMAY Financial Consulting and Career Center” MMC 01.09.2023 tarixindən KOBSKA-nın üzvüdür.
+994552226464 / +994552226464
info@enemay.com
Heydər Əliyev prospekti 117, Nizami rayonu, Bakı (Sport Plaza, 9-cu mərtəbə)
Digər üzvlər

ULUTURAN
Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq
"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC
"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.