Green Stream International
“Greenstream International” MMC 2018-ci ildə təhsis olunmuşdur. Şirkətin əsas profili inşaat materiallarının və alətlərinin Azərbaycana itxalı, distribusiyası və bir sıra məhsulların Azərbaycanda tək və ilk istehsalıdır. Hal hazırda Greenstream İnternational bir çox aparıcı istehsalçılarının Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkətin baş ofisi və mərkəzi anbarı Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində yerləşir. Bundan əlavə Azərbaycan Respublikasının regionlarında mərkəzdən idarə olunan 6 filialı vardır. Hər bir filialın öz anbarı, inşaat materiallarının satiş nöqtələrinə vaxtında çatdırılması üçün satış sistemi və öz avtoparkı mövcüddür. Green Stream International MMC 20.11.2023-cü il tarixindən KOBSKA-nın üzvüdür.
+994 (55) 200 59 11
info@greenstream.az
Bakı, Azərbaycan, İslam Abışov 5
Digər üzvlər

ULUTURAN
Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq
"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC
"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.