Üzv

Qinyətoğulları

Qinyətoğulları Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərən arıçılıq təsərrüfatıdır. İstehsal olunan məhsulların keyfiyyəti, istehsal olunan məhsulların miqdarı, arı pətəklərinin sayı, texnoliji avadanlıqlarına görə Qinyət oğulları illərdir Azərbaycanda öz birinciliyini qoruyub saxlayır. Hal-hazırda 1400-ə yaxın arı pətəyi olan Qinyətoğulları atadan oğula keçən ailə təsərrüfatıdır. 1975-də ilk arı pətəkləri alan ailə zamanla pətəklərinin sayını artırıb, həvəskar arçılıqdan peşəkar arıçılığa keçib. 1980-cı ildən Qinyətoğulları ailəsi köçəri arıçılığın tətbiqinə başlayıb. Balyığımı mövsümündə arıları bölgə-bölgə gəzdirərək məhsullarında çeşidlərin sayını artırıblar. Bu gün Qinyət oğulları təsərrüfatının arıxanaları Masallı, Lerik, Saatlı, Yevlax, Ağdaş, Şəki, Oğuz, Zaqatala, Qax və s. rayonlarda yerləşir. "Qinyətoğulları" MMC 22.01.2024 tarixindın KOBSKA-nın üzvüdür.

Digər üzvlər

ULUTURAN

Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq

"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC

"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.