Üzv

Silk Plaster

"TALEH-İ" LTD Məhdud Məsuliyyətli Firması 1998-ci ilin aprel ayından fəaliyyət göstərir. Şirkət yarandığı gündən tikinti və inşaat materiallarının topdan və pərakəndə satışı ilə məşğul olur. 2012-ci ildən firma, dünya üzrə dekorativ ipək oboylarının (maye oboy) istehsalına görə öz layiqli yerini tutmuş, Rusiya Federasiyasının "Silk Plaster" brendi ilə tanınan "Zolotoy Dizayn" şirkəti ilə əməkdaşlıq etmişdir. Azərbaycan Respublikası üzrə rəsmi distributor olaraq, topdan və pərakəndə satışını həyata keçirərəl, bu gün də fəaliyyətini davam etdirir.

Digər üzvlər

ULUTURAN

Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq

"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC

"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.