
NeoPlast MMC
“NeoPlast” MMC 4 ilə yaxındır ki, kənd təsərrüfatı sahəsində meyvə və tərəvəzlərin plastik qablaşdırılmasının istehsal və satışını həyata keçirir. Şirkət bu ildən süd məmulatlarının qablaşdırılması, həmçinin sənaye və məişətdə istifadə olunan digər məhsulları da istehsal etmək üçün Abşeron rayonu, Xırdalan şəhərində yeni filial açaraq fəaliyyətini genişləndirib. Plastik tullantıların şirkət tərəfindən qəbul edilərək təkrar emalı da icra olunmağa başlanıb. “NeoPlast” MMC-nin hədəfi – keyfiyyətli məhsullar istehsal etməklə yanaşı, iqtisadi inkişafda iştirak etmək, dünyada və ölkəmizdə başlıca mövzu olan “Ətraf mühitin mühafizəsi” istiqamətində töhfə verməkdir. Neoplast MMC 18.02.2022-ci il tarixindən KOBSKA-nın üzvüdür.
Digər üzvlər

ULUTURAN
Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq
"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC
"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.