Üzv
Net Yapı Pazarlama MMC

Net Yapı Pazarlama MMC

Net Yapı Pazarlama şirkəti 2003-cü ildən xırdavat və texniki materialların satışı üzrə fəaliyətə başlamışdır. Şirkət 2010-cu ildən "BVN", 2011-ci ildən “ACTİVENT”, 2022-ci ildən isə "ROKACELL” və "KARSAC" şirkətlərinin rəsmi distributoru olaraq fəaliyyət göstərir. Bununla yanaşı mərkəzdə "HTK", "TRAKYA DÖKÜM", "PLASTHERM", "U-FIX", "PİMTAŞ" və "KLEPSAN" kimi şirkətlərin də məhsullarının satışı həyata keçirilir. Net Yapı Pazarlama MMC 03.02.2022-ci il tarixindən KOBSKA-ya üzvdür.

(+994 12) 564 74 60; (+994 12) 408 22 75

netyapi@netyapi.az; sales@netyapi.az; sales2@netyapi.az

Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 266 - 62A

Digər üzvlər

ULUTURAN

Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq

"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC

"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.