
Edu Max
EduMax şirkəti 2017 - ci ildən peşəkar fəaliyyətə başlamışdır. Əsas fəaliyyət istiqamətləri - xaricdə təhsil, yay məktəbləri və dil kurslarının təşkilini həyata keçirməkdir. Fəaliyyətə başladı tarixdən bu günə qədər onlarla tələbənin xaricdə təhsil arzusunu reallaşdırmışıq və davam edir. Şirkətin peşəkar komandası və çoxillik təcrübəsi ilə müxtəlif istiqamətlər üzrə şagirdlər və orta məktəbi yeni bitirmiş abituriyentlər, universitet tələbələri və məzunlara xarici ölkələrdə öz arzularını reallaşdırmaq üçün imkanlar yaradır. Tələbələrin dünya standartlarına uyğun universitetlərlə əlaqələndirilməsi, qəbulların alınması, qeydiyyatın aparılması və yerləşdirilməsi, viza dəstəyini içində ehtiva edən bir çox paketlər təklif edir. Edu Max MMC 09.01.2023-cü il tarixindən etibarən KOBSKA-nın üzvüdür.
Digər üzvlər

ULUTURAN
Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq
"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC
"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.