
Revisa
Revisa şirkəti istehsal, xidmət, inşaat, qida, tibb, turizm, reklam, tədris və digər özəl və dövlət sektorlarında beynəlxalq ISO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi; ISO 14001:2015 – Ətraf mühitin idarə olunması sistemi; ISO 45001:2018 – Əməyin təhlükəsizliyi sistemi; ISO 10002:2018 – Müştəri məmnuniyyətinin idarə olunması sistemi; ISO 22000:2018 – Qida təhlükəsizliyi idarəetmə sistemi; ISO 31000:2018 – Risklərin idarə olunması sistemlərinin qurulmasını, sertifikatlaşdırılmasını və praktik şəkildə tədrisini təşkil edir. Son 3 il müddətində şirkətin təsisçisi və təlimçilərindən biri Vüsal Mahmudovun təqdimatında keçirilən təlimlərdə 200-dən artıq şirkətin 4000 nəfərdən artıq nümayəndəsi iştirak etmişdir.
Digər üzvlər

ULUTURAN
Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq
"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC
"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.