
Brain of Construction
“Brain of Construction” MMC 28.09.2021-ci ildən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. “Brain of Construction” MMC 2011-ci ildən fəaliyyətdə olan “Hi-Tech Solutions” və “Unitech Solutions” MMC şirkətlərinin rebrendinqidir. Ağıllı ev, təhlükəsizlik və telekommunikasiya sistemlərinin quraşdırılmasına və onların istismarına nəzarət edilməsi, eyni zamanda servis xidmətinin göstərilməsi fəaliyyət profilini seçmişdir. Şirkətin təhlükəsizlik və telekommunikasiya sistemlərinin quraşdırılması və tətbiq olunan bu sistemlərin servis xidmətinin həyata keçirilməsi üçün yüksək ixtisaslı kadr və peşəkarların bir arada toplandığı şirkət olmaqla yanaşı, hər zaman öz müştərilərinin məmnuniyyəti üçün müasir standartlara, yeni nəsil texnologiyalara cavab verən məhsul və xidmətləri ilə seçilməkdədir. Şirkətin qısa müddətli bir keçmişi olmasına baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi daim yeni nəsil texnologiyaların istifadə edilməsi ilə yanaşı eyni zamanda layihələndirmə yönündə bir çox uğurlara imza ataraq, ölkə ərazisində öz layiqli yerini tutmuşdur. "Brain of Construction" şirkəti 16.01.2024 tarixindən KOBSKA-nın üzvüdür
Digər üzvlər

ULUTURAN
Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq
"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC
"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.