Üzv

Progress Garden

"PROQRES" xüsusi firması 1996-cı ildən etibarən fəaliyyət göstərməkdədir. Almaniyanın bağçılıq, meşəçilik və kənd təsərrüfatı texnikaları və alətləri üzrə ən məşhur firmaları olan Stihl, Viking, Gardena, Al-Ko, İsveçrənin Felco və Amerikanın Briggs&Stratton və Oregon firmalarının Azərbaycanda rəsmi idxalçısı və distribüteri olaraq orijinal keyfiyyətə malik məhsulları ölkəmizə gətirir. Şirkətin əsas məqsədi müştərilərinə keyfiyyətli bağ, meşə və kənd təsərrüfatı texnikaları, həmçinin suvarma sistemlərinin satışı və quraşdırılmasını əlçatan qiymətə və keyfiyyətli şəkildə həyata keçirməkdir.

Digər üzvlər

ULUTURAN

Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq

"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC

"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.