Polymart MMC
"Polymart" MMC 2015-ci ildən plastik boru, pvc boru, polietilen boru və s. istehsalı fəaliyyətinə başlamışdır. Bu gün "Polymart" MMC-nin tərkibində bir zavod (3000 m2), beş nümayəndəlik, iki xarici ölkədə ofisi (Türkiyə və Gürcüstan), bir neçə mağaza və baş ofisi fəaliyyət göstərir. Zavodumuzda Almaniya, Avstriya və İtaliya istehsalı olan istehsal avadanlıqlar quraşdırılmışdır. Bu da yüksək keyfiyyətli, standartlara cavab verən, müxtəlif ölçülərdə və parametrlərdə, P-Plast markalı boru, qaz boruları, su boruları və boru birləşmələrin istehsal etməyə imkan verir. Zavod aylıq 1500 ton plastik boru və fitinqlər istehsal etmək gücünə malikdir. Polymart MMC 11.08.2023 tarixindən KOBSKA üzvüdür.
+994 12 464 83 70 / +994 51 788 88 33
plazaoffice@polymart.az
Azərbaycan, Bakı Əhməd Rəcəbli küç.1 TIVI
Digər üzvlər

ULUTURAN
Neft-kimya xammal təchizatı şirkəti (ULUTURAN) yerli və xarici sənaye sahələrini xammal və neft-kimya məhsulları ilə təmin etmək məqsədi ilə 2013-cü ildə yaradılmışdır. Neft-kimya məhsullarının ticarəti, daşınması, distribütasiyası və marketinqi sahəsində mütəxəssis olan işçilərinin təcrübəsindən və texniki biliklərindən istifadə edərək, bu şirkət on ildən az müddətdə regionda ən böyük neft-kimya xammalı tədarükçülərindən birinə çevrilib. Xammalın və neft-kimya məhsullarının alqı-satqısı, daşınması, saxlanması və paylanması sahəsində yeni texnologiyalardan və optimal üsullardan istifadə etməklə, ULUTURAN şirkəti müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif xidmətlər təklif edir.

Az İnşaat Holdinq
"Az İnşaat Holdinq" şirkəti ölkədə ticarət və sənaye binaları, mənzillər, infrastruktur layihələri, yol və körpü inşaatları, enerji obyektləri ,su ehtiyatlarının inkişafı kimi bir çox sahələrdə fəaliyyət göstərir. Ən son texnologiyalara uyğun şəkildə xidmət göstərməklə, müştəri məmnuniyyətini təmin etmək əsas prioritet istiqamətlərindəndir.

Everest Group MMC
"Everest Qrup" ölkəmizdə fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətidir. Öz sektorunda qabaqcıl şirkətlərdən olan "Everest qrup" həyata keçirdiyi layihələrlə sektorda öz inkişafını təmin etmişdir. "Everest qrup" 06.11.2023 tarixindən üzvmüzdür.