Forumlar

Ölkəmizdə ilk dəfə “İFest" -innovasiya və texnologiya festivalı keçiriləcək.
Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, Kapital Bankın baş sponsorluğu ilə ölkəmizdə ilk “iFest” - innovasiya və texnologiya festivalı baş tutacaq.
Xəbərlər
28 iyun 2024
"Baku EduEXPO-2024" -ün rəsmi açılış mərasimi baş tutdu.
Təhsilin İnkişafı Fondu (TİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Baku Design Academy-nin birgə təşkilatçılığı ilə “``Yaşıl dünya naminə öyrənək`` şüarı ilə “Baku EduEXPO” 2024 Beynəlxalq Təhsil sərgi-satış yarmarkasının açılış mərasimi baş tutdu.
Xəbərlər
24 may 2024

16 may tarixində ADA Universitetində "İqlim-Su Zirvəsi" baş tutub.
ADA Universitetində "İqlim-Su Zirvəsi" baş tutub. “Dayanıqlı gələcək komissiyası”nın təşkilatçılığı ilə "COP29-a doğru" şüarı ilə baş tutan Zirvə ADA Universitetinin vitse-rektoru Fariz İsmayılzadənən açılış nitqi ilə start götürüb. Zirvədə "COP29"-la bağlı müxtəlif mövzular müzakirə edilib.
Xəbərlər
16 may 2024
Türk Dövlətləri İqtisadi Forumunun açılış mərasimi baş tutdu.
Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə ölkədə “Türk Dövlətləri İqtisadi Forumu” keçirildi.
Xəbərlər
02 may 2024

KOBSKA və İzmir Ticarət Odası arasında memorandum imzalandı.
"İş Dünyası 100 ilin zirvəsi - 3" biznes forum-sərgisi zamanı Kiçik və Orta Biznes Subyektlərinin və Klublarının Assosiasiyası (KOBSKA) və İzmir Ticarət Odası arasında ticarət və biznes münasibətlərinin inkişaf etdirilməsi istiqamətində memorandum imzalandı.
Xəbərlər
19 aprel 2024

KOBSKA-nın Türkiyə təmsilçiliyi təsis olunub.
Təmsilçiliyin əsas məqsədi iki ölkə sahibkarları arasında əlaqələrin gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və sahibkarların hər iki ölkə bazarına çıxışına xüsusi dəstəyin göstərilməsidir.
Xəbərlər
19 aprel 2024

İş dünyası 100 ilin zirvəsi - İzmir
18-19 aprel tarixlərində Türkiyənin İzmir şəhərində Azərbaycanlı və Türkiyəli iş adamları arasında “İş dünyası 100 ilin zirvəsi 3” biznes forum-sərgisi keçirilib.
Xəbərlər
19 aprel 2024

Türk Dövlətləri İqtisadi Forumu 2024 Mətbuat Konfransı
13 mart tarixində ölkəmizdə ilk dəfə baş tutacaq “Türk Dövlətləri İqtisadi Forumu-2024” layihəsinin mətbuat konfransı keçirilib. Konfransda 2-3 May tarixlərində keçiriləcək layihə ilə bağlı media nümayəndələrinin sualları cavablandırılıb. Konfransda çıxış edən Kiçik və Orta Biznes Subyektləri və Klubları Asossasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova və Azərbaycan Françayzinq Asossasiyasının (AFA) sədri Camid Mövsümov bildirib ki, forum bu iki qurumun birgə təşkilatçılığı ilə reallaşacaq.
Xəbərlər
13 mart 2024

Türk Dövlətləri İqtisadi Forumu 2024
Forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türk Dövlətləri Təşkilatı (TDT) və Yazılım Sanayiçileri Derneyi (YASAD) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə baş tutacaq.
Xəbərlər
06 mart 2024

“Sahibkarlıqda Media“ Forumu keçirilib
21 fevral 2024-cü il tarixində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı ilə Adalia Agency - nin təşkil etdiyi “Sahibkarlıqda Media” Forumu keçirilib.
Xəbərlər
24 fevral 2024

Azərbaycanlı və türkiyəli iş adamları arasında “İş dünyası-100 ilin zirvəsi 2” biznes forum-sərgisi keçirilib.
KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Türkiye Azerbaycan Dostlukİşbirliği ve Dayanışma Vakfı (TADİV) təşkilatçılığı ilə “İş dünyası-100 İlin Zirvəsi” adlı biznes forum-sərgi baş tutub. Layihə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və TürkiyəRespublikasının 100 illiyinə həsr olunub.
Xəbərlər
21 noyabr 2023