Paylaş

16 may tarixində ADA Universitetində "İqlim-Su Zirvəsi" baş tutub.

16 may 2024

Xəbərlər

ADA Universitetində "İqlim-Su Zirvəsi" baş tutub.
“Dayanıqlı gələcək komissiyası”nın təşkilatçılığı ilə "COP29-a doğru" şüarı ilə baş tutan Zirvə ADA Universitetinin vitse-rektoru Fariz İsmayılzadənən açılış nitqi ilə start götürüb. Zirvədə "COP29"-la bağlı müxtəlif mövzular müzakirə edilib.
“Dayanıqlı gələcək komissiyası”nın qurucusu və Türkiyə tərəfdən sədri Doğan Başaran Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində COP-un ilk dəfə bir türk dövlətində keçirilməsinin qürur verici bir hal olduğunu bildirib. Tədbirdə BMT-nin Azərbaycan üzrə koordinatoru, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi, bir sıra dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, media nümayəndələri, elm işçiləri, sahibkarlar və gənclər iştirak ediblər.
Panel müzakirələri ilə davam edən Zirvədə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Əlsəgərova da çıxış edib. "COP 29 kimi mötəbər tədbirin, qlobal konfransın ölkəmizdə keçirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, ölkəmizə olan etimad və güvənin də sübutudur. Prezident İlham Əliyevin qlobal problemlərin həllində uzaqgörən yanaşması, COP 29-a ev sahibliyimiz cari sahədə mövcud problemlərin həllinə kompleks yanaşmanın da ərsəyə gəlməsinə səbəb olacaq" deyə sədr bildirib. Həmçinin N.Ələsgərova Türk dünyasının qlobal ekoloji problemlemlərin həllində də birgə addımlama mexanizmlərinin təşkilinin vacibliyinə dair fikirlərini səsləndirib.
Panel müzakirələrində su, qida, torpaq və digər təbii resursların qorunması və dünyadakı cari vəziyyətlə bağlı araşdırmalara dair müzakirələr aparılıb.