Paylaş
"Baku EduEXPO-2024" -ün rəsmi açılış mərasimi baş tutdu.
24 may 2024
Xəbərlər
Təhsilin İnkişafı Fondu (TİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Baku Design Academy-nin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə öyrənək" şüarı ilə “Baku EduEXPO” 2024 Beynəlxalq Təhsil sərgi-satış yarmarkasının açılış mərasimi baş tutdu. İlk dəfə 2022-ci ildə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı "Gələcəyini inşa et" şüarı ilə təşkil edilən ölkənin ən böyük təhsil layihələrindən birinin əsas məqsədi təhsil sahəsində fəaliyyət göstərən KOB subyektlərinin və mikro sahibkarların tanıdılması, B2B və B2G əlaqələrinin genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.
Rəsmi açılış mərasimi KOBSKA-nın idarə heyətinin sədri Nigar Ələsgərovanın açılış nitqi ilə start götürdü. Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müavini Hikmət Məmmədov çıxış etdi. Natiqlər özəl və dövlət qurumlarının, o cümlədən vətəndaş cəmiyyətinin əməkdaşlığı ilə keçirilən layihələrin əhəmiyyətindən və cari layihənin müsbət təsirləri haqqında dəyərli fikirlər səsləndirdilər. Açılış mərasimində ali təhsil müəssisələrinin (Bakı Ali Neft Məktəbi, Azərbaycan Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) rektorları, müxtəlif dövlət qurumlarının rəsmiləri, media nümayəndələri iştirak etdi. Ümumilikdə sərginin ilk günündə 5000-dən çox ziyarətçi iştirak etdi.
Sərgidə xarici dil kursları və imtahan mərkəzləri, psixoloji xidmət göstərən mərkəzlər, universitetlər, yerli və beynəlxalq özəl məktəblərin təmsilçiləri, xaricdə təhsil xidmətləri göstərən qurumlar, uşaq inkişaf mərkəzləri və bağçaları, təlim-tədris mərkəzləri və s. kimi təhsil sektoruna aid şirkətlər təmsil olundu. Sərgi-satış yarmarkası 25 may tarixində də davam edəcək. Tədbirdə müxtəlif ekspertlərin çıxışları və konsert proqramı nəzərdə tutulub.
Qeyd edək ki, tədbirin dəstəkçi şirkəti Nescafe-dir. Məlumat üçün bildirək ki, “Baku EduExpo” silsilə xarakteri daşıyır və iki ildən bir keçiriləcək.
İştirakçı şirkətlər ADA Universiteti, 4SİM, Avropa Azərbaycan Məktəbi, Bakı Modern Təhsil Mərkəzi, Step İT Academy, Handex, Holberton school, Edu Company, Miniboss, Maarif Məktəbi, Sahibkarlıq Akademiyası, Edumax, Fiday Uşaq İnkişaf Mərkəzi, Kapital Bank, İnsun Yaşam Mərkəzi, Ametis Train Brain, Hədəf Kursları, Final Dershaneleri, Sabah Hub, Wunderkids, Cığır İctimai Birliyi, Baku Design Academy, Brandmedia
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024