Paylaş
İş dünyası 100 ilin zirvəsi - İzmir
19 aprel 2024
Xəbərlər
“İş dünyası 100 ilin zirvəsi - İzmir”
18-19 aprel tarixlərində Türkiyənin İzmir şəhərində Azərbaycanlı və Türkiyəli iş adamları arasında “İş dünyası 100 ilin zirvəsi 3” biznes forum-sərgisi keçirilib.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunan layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İzmir Ticarət Odasının rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin rəsmi açılış mərasimində İzmir Ticaret Odası idarə heyətinin üzvü Mahmut Erkoç, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İzmir Ticaret Ofisi Təmsilçisinin baş müşaviri Cavid Abdullayev və KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova çıxış ediblər.
Qeyd edək ki, "İş Dünyası 100 ilin Zirvəsi" biznes forum-sərgisi bundan öncə 13-14 iyul 2023-cü il tarixlərində İstanbul, 21-22 noyabr 2023-cü il tarixlərində isə Ankara şəhərlərində həyata keçirilib.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024