Paylaş
Türk Dövlətləri İqtisadi Forumu 2024
06 mart 2024
Xəbərlər
2-3 May tarixlərində ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” adlı böyük bir layihəyə ev sahibliyi edəcək.
Forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türk Dövlətləri Təşkilatı (TDT) və Yazılım Sanayiçileri Derneyi (YASAD) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə baş tutacaq.
Türkdilli ölkələr arasında ilk dəfə keçiriləcək tədbir, bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır.
İnvestorlar, iş adamları, qlobal şirkət sahibləri, asossasiya rəhbərləri, ictimai birlik, bank, networkinq qruplarının iştirak edəcəyi forum növbəti mərhələdə daha 7 ölkədə təşkil olunacaq. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Şimali Kipr kimi ölkələrdə keçirilməsi planlanan tədbir, Türk dövlətləri arasında ciddi iqtisadi əlaqələrin yaranması, biznes mühitinin formalaşmasına öz töhfəsini verəcək.
Tədbirə Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Qətər, Rusiya və Misir kimi ölkələrdən də investorların qatılması planlanır.
Forumda “Türkdilli ölkələr arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və tövhəsi”, “ Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını - Qadın sahibkarlığının inkişafı”, Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq - Brendləşmə, Françayzinq” başlıqlı panellər keçiriləcək. Hər bir panel müzakirəsində müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş qonaqlar çıxış edəcək.
Qeyd edək ki, tədbirdə ortalama 1000-dən çox ziyarətçinin qatılımı gözlənilir.
Qeydiyyatdan keçmək üçün sayta daxil olmalısınız: https://tcef.az/
Tədbirin keçiriləcəyi tarix: 2-3 May
Məkan: Baku Marriott Boulevard Hotel
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024