Paylaş

Azərbaycanlı və türkiyəli iş adamları arasında “İş dünyası-100 ilin zirvəsi 2” biznes forum-sərgisi keçirilib.

21 noyabr 2023

Xəbərlər

KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfı (TADİV) təşkilatçılığı ilə “İş dünyası-100 İlin Zirvəsi” adlı biznes forum-sərgi baş tutub. Layihə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunub.
21-22 noyabr tarixlərində Ankara şəhərində baş tutan layihənin əsas məqsədi Azərbaycan və qardaş ölkə Türkiyə arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsi və 2 ölkənin KOB subyektləri arasında əlaqələrin, əməkdaşlığın qorunmasına və artmasına töhfə verməkdir.
Tədbirin rəsmi açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ortadoğu Sənaye və Ticarət Mərkəzi (OSTİM) Mütəşəkkil Sənaye Zonası idarə heyətinin sədri Orhan Aydın, Xəzinə və Maliyyə Nazirinin müavini Dr.İsmail İlhan Hatipoğlu, Türkiye Azerbaycan Dostluk İşbirliyi ve Dayanışma Vakfının sədri Dr.Aygün Attar, Azərbaycan Ankara Ticarət Odası Məclisinin sədri Mustafa Deryal, Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədr müavini Dr.Fatih Gökyurt, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkili Zeynəb Yıldız, OSTİM Texniki Universitetinin rektoru Murat Yülek və KOBSKA-nın idarə heyətinin üzvü Şirin Şərifov çıxış ediblər. Sonda Ortadoğu Sənaye və Ticarət Mərkəzi (OSTİM) Mütəşəkkil Sənaye Zonası idarə heyətinin sədri Orhan Aydın tərəfindən Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərovaya, eyni zamanda da Nigar Ələsgərova tərəfindən Orhan Aydına mükafat təqdim edilib.
Rəsmi hissədən sonra sərgi ərazisi ilə tanışlıq baş tutub. Ümumilikdə Azərbaycan tərəfindən müxtəlif sektorları təmsil edən 30-a, Türkiyə tərəfindən isə 150-ə yaxın KOB subyekti iştirak edib. Qeyd edək ki, sərgidə Azərbaycan tərəfindən 20-ə yaxış şirkət öz məhsul və xidmətlərinin tanıtımını həyata keçiriblər. Həmçinin rəsmi hissə yekunlaşdıqdan sonra B2B görüşlər keçirilib və ardınca Ostim Sənaye bölgəsində Ostim teknopark, Ostim Texniki Universiteti və Aktürk Şəkər Fabrikinə infoturlar təşkil olunub.
Tədbirin baş sponsoru qismində Avrora Group, xüsusi sponsoru qismində Unico Universal Construction, sponsoru qismində Euroclima, dəstəkçisi qismində isə Greenstream şirkəti çıxış edirdi.
Qeyd edək ki, tədbirdə ümumilikdə 250-ə yaxın dövlət rəsmiləri, sahibkar, iş adamları, qonaqlar və media nümayəndələri iştirak edib.

Digər xəbərlər

Hacı Nuran KOBSKA ofisini ziyarət edib

17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.

Xəbərlər

17 oktyabr 2024

Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq suyektlərinin rəhbərləri ilə görüşüb. Görüşün əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurda qaçqın və məcburi köçkünlərin təhsil imkanlarının yaxşılaşdırılması və bu sahədə özəl sektorun rolunu artırmaqdır. Həmçinin, bölgədə maarifləndirmə tədbirləri və təqaüd proqramlarının təşkil edilməsi, gənclərə innovativ və texnoloji biliklərin öyrədilməsi müzakirə edilib.

Xəbərlər

16 oktyabr 2024

INSME-nin təsisçisi və "Rotary International" təşkilatının nümayəndələri KOBSKA ofisini ziyarət edib

11 oktyabr tarixində INSME-nin (Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkə) təsisçisi və "Innovation Business Development" (İnnovasiya Biznesinin İnkişafı) şirkətinin qurucusu və rəhbəri Dr. Hamsa Thota, eləcə də "Rotary International" təşkilatının nümayəndələri Bəhram Atabəyli və Nigar Atabəyli Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət ediblər.

Xəbərlər

11 oktyabr 2024