Paylaş
Türk Dövlətləri İqtisadi Forumu 2024 Mətbuat Konfransı
13 mart 2024
Xəbərlər
13 mart tarixində ölkəmizdə ilk dəfə baş tutacaq “Türk Dövlətləri İqtisadi Forumu-2024” layihəsinin mətbuat konfransı keçirilib.
Konfransda 2-3 May tarixlərində keçiriləcək layihə ilə bağlı media nümayəndələrinin sualları cavablandırılıb.
Konfransda çıxış edən Kiçik və Orta Biznes Subyektləri və Klubları Asossasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova və Azərbaycan Françayzinq Asossasiyasının (AFA) sədri Camid Mövsümov bildirib ki, forum bu iki qurumun birgə təşkilatçılığı ilə reallaşacaq.
15 ölkədən 100-dən çox investorun və ümumilikdə 1000-dən çox ziyarətçinin iştirakının nəzərdə tutulduğu tədbir yerli və xarici investorlar üçün böyük imkanlar yaradacaq.
Konfransın gedişatında verilən suala cavab olaraq bildirilib ki, forumda panel müzakirələrinə də yer ayrılacaq. “Türkdilli ölkələr arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və tövhəsi”, “ Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını - Qadın sahibkarlığının inkişafı”, Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq - Brendləşmə, Françayzinq” başlıqlı panellər keçiriləcək. Hər bir paneldə müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş qonaqlar çıxış edəcək.
KOBSKA sədri Nigar Ələsgərova sualları cavablandırarkən qeyd edib ki, Türk ölkələri arasında ilk belə layihə kimi keçiriləcək tədbir, bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk ölkələri arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır.
AFA sədri Camid Mövsümov qeyd edib ki, investorlar, iş adamları, qlobal şirkət sahibləri, asossasiya rəhbərləri, ictimai birlik, bank, networkinq qruplarının iştirak edəcəyi forum növbəti mərhələdə daha 7 ölkədə təşkil olunacaq. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Şimali Kipr kimi ölkələrdə keçirilməsi planlanan tədbir, Türk ölkələri arasında ciddi iqtisadi əlaqələrin yaranması, biznes mühitinin formalaşmasına öz töhfəsini verəcək.
Foruma Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Qətər, Rusiya və Misir kimi ölkələrdən də iştirakçıların qatılması da planlanır.
Mətbuat konfransının sonunda çıxışçılar media nümayəndələrini türk dövlətlərinin iqtisadi əlaqələrinin genişləndirilməsi üçün ciddi addım kimi qiymətləndirilən bu forumun işıqlandırılmasında fəal olmağa, birgə əməkdaşlığın daha sıx qurulmasına dəvət edib. Xatırladaq ki, “Türk Dövlətləri İqtisadi Forumu 2024” adlı beynəlxalq tədbir 2-3 may tarixlərində, Baku Marriott Hotel Boulevardda keçiriləcək.
Ətraflı məlumat üçün : https://tcef.az
Digər xəbərlər
“Sürdürülebilir Gelecek Platformu” İstanbulda COP29’a dair təqdimatlar təşkil edib
3 sentyabr tarixində “Sürdürülebilir Gelecek Platformu” İstanbulda COP29’a dair təqdimatlar təşkil edib. Təqdimatların əsas məqsədi media nümayəndələri və şirkət sahiblərinə COP 29 haqqında məlumat verməklə, qurulacaq stenddə iştirakla bağlı məlumatlandırma olub.
Xəbərlər
03 sentyabr 2024
ATİB-in təşkilatçılığı ilə "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda müzakirələr keçirilib
Azərbaycan-Türkiyə İş adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda müzakirələr keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 11-22 noyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçiriləcək 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “yaşıl” hədəflərin təşviqi olub.
Xəbərlər
20 avqust 2024
KOBSKA-nın 6 aylıq hesabatı yayımlanıb
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) 6 aylıq hesabatı yayımlanıb. Bu barədə KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova Fins.az saytına verdiyi müsahibədə ətraflı danışıb. Müsahibəni olduğu kimi təqdim edirik:
Xəbərlər
02 avqust 2024