Paylaş

KOBSKA-nın Türkiyə təmsilçiliyi təsis olunub.

19 aprel 2024

Xəbərlər

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) Türkiyə təmsilçiliyi təsis olunub.
Təmsilçiliyin əsas məqsədi iki ölkə sahibkarları arasında əlaqələrin gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və sahibkarların hər iki ölkə bazarına çıxışına xüsusi dəstəyin göstərilməsidir.
Qeyd edək ki, 18 aprel tarixində Türkiyənin İzmir şəhərində KOBSKA-nın təşkilatçılığı ilə həyata keçirilən "İş Dünyası 100 ilin zirvəsi - 3" biznes forum-sərgisi zamanı Afaq Hüseynova KOBSKA sədri Nigar Ələsgərova tərəfindən "KOBSKA Türkiyə Təmsilçiliyi"-nin rəhbəri vəzifəsinə təyin olunub.