Startap layihələri

Azərbaycanda startap kimi başlayan şirkətlərin əsas problemi investor problemi və onlayn bazarın kiçik olmasıdırsa, digər çətinlik isə innovativ ideyaların qıtlığı və onların oğurlanması qorxusudur. Yeni yaradılan startaplar yerli bazar reallıqlarını nəzərə almadan böyük ümidlər və gözləntilər ilə işə başlayırlar. Korporativ təcrübənin olmaması üzündən startaplar bəzən layihəyə yetərincə resurs və vaxt ayıra bilmirlər. Məhdud komanda üzvləri ilə problemlər və bürokratik əngəlləri aşaraq böyük layihələr həyata keçirmək istəyirlər. Digər önəmli bir məsələ isə odur ki, əksər startap təsisçinin öz bazarını təsdiqləməsi gözlədiyindən 2-3 dəfə uzun çəkir. Bu səhv qiymətləndirmə və bazarın miqyasının vaxtından əvvəl ölçülməsi baxımından çətinliklər yaradır. Bu problemlərin hər biri KOBSKA-ya üzv olmaqla öz həllini tapa bilər və startaplar bütün maneə və əngəlləri asanlıqla aşmaq üçün KOBSKA-dan dəstək ala bilərlər.

Sərgilər

Bu gün yerli sahibkarların təşkil olunan sərgilərdə qarşılaşdıqları çətinliklərin hər birindən xəbərdarıq. Üzləşilən boşluqları aradan qaldırmaq və növbəti sərgilərə daha peşəkar formada yanaşmaq üçün gördüyümüz, sahibkarların bizə yönləndirdiyi məlumatları, iradları toplayıb, analiz edərək sərgilərin daha doğru təşkil olunması üçün çalışırıq. Bu fəaliyyət istiqamətində məqsədimiz gördüyümüz işlər siyahısında “sərgi keçirdik” tapşırığının qarşısına “icra olundu” simvolu qoyub kifayətlənmək deyildir. Gördüyümüz işləri sahib

Bazar araşdırması

Son beynəlxalq araşdırmalar göstərir ki, Azərbaycanda daha çox sahibkara, daha çox innovasiyaya və daha çox inkişaf edən biznes mühitə ehtiyac var. Ölkədə sahibkarların üzləşdiyi problemlərin araşdırılması və bunların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin qənaətbəxş olmaması bu sahədə hələ də problemlərin və maneələrin olmasından xəbər verir. Çünki bazar iqtisadiyyatına keçid dövründə sahibkarların fəaliyyətinə normal şərait yaratmadan, iqtisadiyyatı liberallaşdırmadan, bazarda inhisarı və haqsız rəqabəti aradan qaldırmadan, özəl sektorun dəstəklənməsinə, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ardıcıl və sistemli tədbirlərin, eləcə də sosial xarakterli digər problemlərin həllinə nail olmaq mümkün deyildir. Bu reallığın düzgün qiymətləndirilməsi həm də sahibkarlığın inkişafının təmin olunmasına xidmət edən əməli tədbirlərin görülməsi deməkdir.

İdxal-ixraca dəstək

Azərbaycanda idxal və ixrac prosedurlarında, yəni həm sərhəd keçidi, həm də sənədləşdirmə prosesi zamanı problemlər mövcuddur. Gömrük rəsmiləşdirməsi zamanı izafi zaman və xərc itkisinə səbəb olan bürokratik maneələr yerli sahibkarlara problemlər yaradır. Sahibkarlar üçün ölkə sərhədindən keçirilən malların keçid xərcləri kifayət qədər yüksək, ixrac sənədləşməsi üçün sərf olunan zaman və xərclər qonşu ölkələrlə müqayisədə daha əlverişsizdir. Bundan başqa, sahibkarlar “Yaşıl dəhliz” sistemindən tam yararlana bilmirlər və məcburi sertifikatlaşdırma tələb olunan malların siyahısının azaldılması ləngidilir. Biz KOBSKA olaraq Azərbaycan mallarının xarici bazarlara çıxışına, orada satışına nail olmaq üçün kompleks yanaşma tətbiq edərək hər bir sahibkara idxal-ixrac prosedurlarında peşəkar şəkildə kömək edə bilərik.

Biznes analizi

Özəl şirkətlərin maraqlı tərəflərə təklif etdiyi dəyərlərin genişləndirilməsi üçün ilk növbədə o dəyərlərin müəyyən edilməsi vacibdir. Bu isə biznes analiz vasitəsilə mümkündür. Biznes analiz şirkətlərə ehtiyacları müəyyən etməyə və maraqlı tərəflərə dəyər verən həlləri tövsiyə etməklə təşkilati kontekstdə dəyişikliyə imkan verir. Biz KOBSKA olaraq tapşırıqlar və texnikalar toplusu müəyyən etməklə hər bir üzvümüz üçün biznes analiz həyata keçiririk, dəyişikliklərin tətbiqi və idarə edilməsi üçün intizamlı yanaşma tətbiq edirik. Biz KOBSKA üzvü olan hər bir sahibkarlıq subyektini naməlum və ya sərhədləri müəyyən edilməmiş ərazidən keçirərək onu istədiyi yerə çatdıran, faydaların həyata keçirilməsində, xərclərdən qaçınmaqda, yeni imkanların müəyyən edilməsində, tələb olunan imkanların başa düşülməsində və təşkilatın modelləşdirilməsində xüsusi bələdçiyik.