KOBSKA_Sosial_layiheler.png

Azərbaycanda startap kimi başlayan şirkətlərin əsas problemi investor problemi və onlayn bazarın kiçik olmasıdırsa, digər çətinlik isə innovativ ideyaların qıtlığı və onların oğurlanması qorxusudur. Yeni yaradılan startaplar yerli bazar reallıqlarını nəzərə almadan böyük ümidlər və gözləntilər ilə işə başlayırlar. Korporativ təcrübənin olmaması üzündən startaplar bəzən layihəyə yetərincə resurs və vaxt ayıra bilmirlər. Məhdud komanda üzvləri ilə problemlər və bürokratik əngəlləri aşaraq böyük layihələr həyata keçirmək istəyirlər. Digər önəmli bir məsələ isə odur ki, əksər startap təsisçinin öz bazarını təsdiqləməsi gözlədiyindən 2-3 dəfə uzun çəkir. Bu səhv qiymətləndirmə və bazarın miqyasının vaxtından əvvəl ölçülməsi baxımından çətinliklər yaradır. Bu problemlərin hər biri KOBSKA-ya üzv olmaqla öz həllini tapa bilər və startaplar bütün maneə və əngəlləri asanlıqla aşmaq üçün KOBSKA-dan dəstək ala bilərlər.

Üstünlüklərimiz

Biznes ideya

Hər bir startap bazarda lazım olan məhsulun biznes ideyasını yaratmalıdır. Əks halda startap asanlıqla “məhv ola bilər”. Biz KOBSKA olaraq startaplara öz seqmentlərini tapmaqda kömək edirik, məhsul haqqında məlumat vermədən araşdırma və müsahibələr aparırıq.

İnvestorlar

Startapların əldə etdiyi böyük sərmayə yatırımlarının düzgün və rasional idarə olunması olduqca önəmlidir. Bəzən startaplar qəfil maliyyə uğurunun qarşısında “başlarını itirir” və böyük pullara çıxışın əldə edilməsini səhv qiymətləndirir. O üzdən investorların düzgün seçilməsi çox önəmlidir. KOBSKA hər bir üzv startap üçün investorları diqqətlə seçir, onlar üçün təqdimatlar hazırlayır, başlanğıc qiymətləndirmə aparır. KOBSKA ilə çalışan hər bir startap bu əməkdaşlıqdan cəsarət və güc alaraq öz inkişafı üçün doğru investisiya cəlb edir.

Akselerator

KOBSKA startaplara korporativ akseleratorlarda iştirak etməkdə və ən yaxşı layihə kimi seçilməkdə yardım edir. Biz startaplara böyük şirkətlərin mürəkkəb strukturlarında öz həll yollarını sınaqdan keçirməyi öyrədən və lazımi potensial müştərinin onların əlindən tutmağı öyrədə biləcək ən yaxşı bələdçinizik.

Mentorluq

Biz startaplara bir sahibkar kimi düşünməyi və əlaqələr qurmağı öyrətməkdə dəstək olacağıq. Mentorlar və qonaq mühazirəçilərin köməyi ilə hər bir startap üçün daha dayanıqlı gələcəyə doğru real müştəri ehtiyaclarına cavab verən biznes konsepsiyası və minimum etibarlı məhsul yaratmaq və sınaqdan keçirmək üçün onlara beynəlxalq təcrübəni öyrətməkdə dəstək göstərəcəyik. Bizə qoşulmaqla hər bir startap biznesin inkişafı üçün faydalı olan kouçinq sessiyaları, seminarlar, mentor saatları və ekspert görüşləri əldə edə bilər.