import_export.png

Azərbaycanda idxal və ixrac prosedurlarında, yəni həm sərhəd keçidi, həm də sənədləşdirmə prosesi zamanı problemlər mövcuddur. Gömrük rəsmiləşdirməsi zamanı izafi zaman və xərc itkisinə səbəb olan bürokratik maneələr yerli sahibkarlara problemlər yaradır. Sahibkarlar üçün ölkə sərhədindən keçirilən malların keçid xərcləri kifayət qədər yüksək, ixrac sənədləşməsi üçün sərf olunan zaman və xərclər qonşu ölkələrlə müqayisədə daha əlverişsizdir. Bundan başqa, sahibkarlar “Yaşıl dəhliz” sistemindən tam yararlana bilmirlər və məcburi sertifikatlaşdırma tələb olunan malların siyahısının azaldılması ləngidilir. Biz KOBSKA olaraq Azərbaycan mallarının xarici bazarlara çıxışına, orada satışına nail olmaq üçün kompleks yanaşma tətbiq edərək hər bir sahibkara idxal-ixrac prosedurlarında peşəkar şəkildə kömək edə bilərik.

Üstünlüklərimiz

Malların keçid xərcləri

Azərbaycanda gömrük rüsumlarının yüksəkliyi və idxal-ixrac zamanı sahibkarlar tərəfindən çəkilən xərclər biznes mühitə əngəllər törədir. KOBSKA üzvü olan hər bir sahibkar üçün idxal-ixrac zamanı üzləşdiyi yüksək keçid xərcləri kimi problemlər aradan qalxacaq, bütün mümkün mexanizmlər tətbiq olunacaq ki, sahibkar xərc itkisi ilə üzləşməsin. Bizimlə hər bir üzv-sahibkar hər hansı bir inzibati müdaxilədən sığortalanacaq, mallarının sərhəddən keçidinə və rahat gömrük rəsmiləşdirməsinə nail olacaq, idxal üçün sertifikatların alınmasına, fiziki gömrük yoxlamalarının minimuma endirilməsi və ya malların gömrük ekspertizasının aparılması xidmətlərinin daha sürətli həyata keçirilməsinin şahidi olacaq. Bu bizim üzvlərimizə təklif etdiyimiz üstünlüklərdir.

Gömrük keçid məntəqələri

Azərbaycanın gömrük keçid məntəqələrində bir sıra buraxılış sistemləri mövcuddur. Sahibkarlarda xarici ticarətin iştirakçısı olmağa motivasiyanı artırmaq məqsədilə, KOBSKA hər bir üzvü üçün nər bir gömrük keçid məntəqələrində idxal-ixrac əməliyyatlarının sürətləndirilməsində və süni maneələrin aradan qaldırılmasında dəstək olur. KOBSKA sahibkarlara gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin göndərilməsindən tutmuş, qeydiyyata alınma və qeydiyyatın nəticəsi barədə elektron bildirişin göndərilməsinə qədər, yəni prosesin vaxt itkisi olmadan həyata keçməsinə kömək edir.

Xarici sahibkarlar

Azərbaycanda idxal-ixrac qlobal ticarətin ayrılmaz bir parçasıdır və bu baxımdan ölkədə gömrük sisteminin effektiv fəaliyyəti, xarici sahibkarlar üçün maneələrin mümkün qədər azaldılması son dərəcə vacib məsələdir. Azərbaycanda xarici ticarət iştirakçılarının sərhəddən keçid xərcləri region ölkələrilə müqayisədə çoxdur. KOBSKA xarici sahibkarlar üçün təqdim olunan təşviq mexanizmləri ilə yanaşı əmtəə axınlarının maneəsiz girişi və gömrük-sərhəd rejiminin iştirakçıları üçün bürokratik əngəlləri aşmaqda ciddi dəstək göstərir.

Satışa dəstək

Biz xaricə mal ixrac edən KOBSKA üzvü sahibkarlara daha əlverişli şəraitin yaradılması, gömrük rəsmiləşdirilməsinin daha çevik həyata keçirilməsində kömək edirik. Biz sahibkarlara ixrac müqaviləsi layihəsinin hazırlanmasında və ya ixrac müqaviləsinin hüquqi ekspertizasında yardım, potensial xarici alıcıların, o cümlədən əlaqə məlumatları (xarici sahibkarlıq subyektinin məsul əməkdaşının adı, telefon nömrəsi, elektron poçt ünvanı) axtarışı, seçilməsi və siyahılarının formalaşdırılması, orta sahibkarlara ixrac fəaliyyətinin inkişafı üçün akselerasiya proqramlarında iştirak, xidmət, xarici bazarlara ixrac üçün məhsulların xarici bazarlara daşınması və s. dəstək göstəririk.