Biznes_analiz.png

Özəl şirkətlərin maraqlı tərəflərə təklif etdiyi dəyərlərin genişləndirilməsi üçün ilk növbədə o dəyərlərin müəyyən edilməsi vacibdir. Bu isə biznes analiz vasitəsilə mümkündür. Biznes analiz şirkətlərə ehtiyacları müəyyən etməyə və maraqlı tərəflərə dəyər verən həlləri tövsiyə etməklə təşkilati kontekstdə dəyişikliyə imkan verir. Biz KOBSKA olaraq tapşırıqlar və texnikalar toplusu müəyyən etməklə hər bir üzvümüz üçün biznes analiz həyata keçiririk, dəyişikliklərin tətbiqi və idarə edilməsi üçün intizamlı yanaşma tətbiq edirik. Biz KOBSKA üzvü olan hər bir sahibkarlıq subyektini naməlum və ya sərhədləri müəyyən edilməmiş ərazidən keçirərək onu istədiyi yerə çatdıran, faydaların həyata keçirilməsində, xərclərdən qaçınmaqda, yeni imkanların müəyyən edilməsində, tələb olunan imkanların başa düşülməsində və təşkilatın modelləşdirilməsində xüsusi bələdçiyik.

Üstünlüklərimiz

Müəssisənin biznes analizi

KOBSKA-nın təklif etdiyi biznes analiz imkanları hər bir üzv müəssisədə bütövlükdə biznesin ehtiyaclarını, onun strateji istiqamətini anlamağa və biznesə strateji məqsədlərə nail olmağa imkan verəcək təşəbbüsləri müəyyən etməyə diqqət yetirəcək. Bundan başqa biz müəssisədə planlaşdırma və tələblərin idarə edilməsi, tələblərin inkişaf prosesinin planlaşdırılması, tələblərin prioritetləşdirilməsi və dəyişikliklərin idarə edilməsini də Sizin üçün ən sürətli formada həyata keçirə bilərik.

Biznes analiz standartları

KOBSKA hər bir üzvünə daha yaxşı biznes biznes analizlərin aparılmasını və daha yaxşı nəticələrə nail olmaq üçün qlobal miqyasda tətbiq olunan biznes analizlər standartlarının tətbiq olunmasında kömək edəcək. Bu standartlar fərqli konsepsiyalar və prinsiplər üçün asan istifadə formatını, əsas bilik resursları üçün bələdçini və biznes analiz üçün vahid fundamenti özündə birləşdirir.

Strateji yanaşma

Hər bir sahibkar müəssisənin və ya şirkətin inkişafı baxımından strateji məsələlərə daha çox diqqət yetirməlidirlər. Biz KOBSKA olaraq hər bir üzvümüz üçün şirkətin strateji məqsədini müəyyən etməkdə, onun mühitini təhlil etməkdə, müvafiq qaydalar və təlimatların təsirləri barədə baş rəhbərliyə məsləhət verməkdə peşəkar səviyyədə dəstək göstərə bilərik. Biz şirkətin öz biznesini necə idarə etdiyini müəyyən etməklə yanaşı, buradakı əhval-ruhiyyəni və təşkilatın qarşıya qoyduğu məqsəd və vəzifələrin yerinə yetirilib-yetirilmədiyini müəyyən etməyə kömək edirik.

Risklərin qiymətlləndirilməsi

Sahibkarlıq fəaliyyəti həmişə risklərlə üzləşir. Biznesdə heç bir layihə ilkin plana tam uyğun olaraq həyata keçirilmir. Bu risklər orta və iri müəssisələrdə xüsusilə özünü göstərir. Biz yerli və xarici sahibkarları mümkün qədər uğursuzluqlardan və çətinliklərdən qorumaq üçün biznes risk analizi aparırıq, şirkətin fəaliyyətinə və onun fəaliyyətinin müəyyən aspektlərinə mənfi təsir göstərən hadisələri və ya müəssisənin başına gələ biləcək mənfi hadisələri əvvəlcədən araşdırırıq. KOBSKA üzvləri üçün daxili və xarici risklər, müəyyən və qeyri-müəyyən, sistematik və qeyri-sistematik, strateji, birbaşa və dolayı, aşağı, orta və yüksək və s. risklərə aid biznes analizlər aparır.

Forumlar (yerli və beynəlxalq)

Azərbaycanda biznes sahiblərinin üzləşdiyi problemlərlə nə vaxtsa digər ölkədəki bir sahibkar da üzləşib və onların bir araya gələrək fikirlərini bölüşməsi və həll yollarını tapması olduqca faydalıdır. Bəzən ayaqları üzərində yenicə dayanmağı öyrənən sahibkarlar üzləşdiyi problemləri tək başına həll etməli olduğunu düşünürlər. Lakin dünyada eyni problemlərlə qarşılaşan minlərlə iş dünyası insanı var ki, onlar da eyni yolu keçib və təcrübələrini bölüşməklə digərlərinə stimul və ümidlər verir. Tanınmış iş adamlarını və ya birdən çox şirkəti açmış və satmış (və ya bağlamış) təcrübəli sahibkarları bir araya gətirən beynəlxalq forumlar KOBSKA üzvü olan sahibkarları ən yaxşı xarici təcrübələri mənimsəməkdə yardım edəcək.

Biznes ehtiyaclarını qarşılayan doğru forumu necə seçməli?

Biz KOBSKA üzvləri üçün sahibkarlıq sahəsində biliyi artırmaq, ən yaxşı təcrübələri bölüşmək üçün sahəvi forumlara qatılmağı təşkil edirik. Bu forumlarda təkcə nəzəri cəhətdən sahibkarlığın müxtəlif aspektləri haqqında məlumat vermir, həm də sahibkarlığın müxtəlifliyini göstərmək, problemləri və inkişaf yollarını müzakirə etmək, yeni sahibkarlar üçün geniş imkanlar yaratmaq üçün səmərəli üsuldur. Biz bu üsulla yelri sahibkarlar üçün tərəfdaşlıq və əməkdaşlıq üçün əla bir fürsət yaradırıq. Biz Sizə istək və ehtiyaclarınızdan asılı olaraq, tanınmış spikerlərin, məşhur iş adamlarının qatıldığı və yüksək keyfiyyətli məzmunun təqdim edildiyi maraqlı biznes forumlarda işitrakı təşkil edirik. Biz Sizə biznesin inkişafı və idarə olunmasından tutmuş, sosial media və internet marketinqi, reklam, insan resurslarının cəlb edilməsi, eləcə də alışı və satışı üçün bazarlarını müəyyən edilməsinə kimi vacib mövzularda forumlarda iştirak təklif edirik.

Biznes problemlərinizi paylaşın

KOBSKA vasitəsilə müxtəlif biznes forumları və onların müxtəlif iştirakçıları ilə görüşməklə Siz üzşləşdiyiniz çətinlikləri və problemləri paylaşa, məsləhət istəyə, nümunə araşdırmalarını oxuya və yaxın gələcəkdə uğur qazanmaq üçün lazım olan resursları müəyyən edə, ənənəvi banklardan kənarda kommersiya kapitalına çıxış əldə etməkdə dəstək ala bilərsiniz. Bunlar məlumat boşluqlarını doldurmağa, biznes sahəsinin irəlilədiyi istiqaməti öyrənməyə və hədəf müştərilərinizə daha yaxşı çatmağa və onlara xidmət göstərməyə kömək edə biləcək digər maraqlı tendensiyalar haqqında maariflənməyə kömək edə bilər. Sizə bu imkanları KOBSKA yaradır.

Şəbəkələşmə

KOBSKA-ya üzvlüyün özəlliyi ondadır ki, sahibkarlar forumlarda real, sübut olunmuş təcrübəni bölüşmək üçün bir araya gələn unikal və tanınmış spikerlər ilə tanış olurlar, onlarla əlaqə qurmaq və şəbəkələşmək imkanları əldə edirlər. Bu biznesdə yenicə addım atan hər bir sahibkar üçün mükəmməl bir imkandır. Sahibkarlar bu plaformalarda təcrübəli mütəxəssislər və digər istedadlı şəxslərə və iş adamlarına suallar verə və suallarına cavab ala bilər, sərbəst müzakirə apara bilər və eyni zamanda rahat biznes əlaqələr qura bilərlər, onların sayını genişləndirə bilərlər

Üzvlər üçün xüsusi forumlar

KOBSKA Sizə yalnız üzvlərin iştirakı ilə xüsusi forumların təşkil edilməsini təklif edir. Yerli biznes mühitin spesifikliyini və problemlərini yaxşı bilən təcrübəli sahibkarların Sizə istiqamət verəcəyi bu forumlar biznes sahiblərindən ibarət olmaqla yanaşı, sahəvi spikerləri və iş adamlarını Sizinlə görüşdürəcək, onların məsləhət və tövsiyələrini bölüşməkdə yardımçı olacaq, Sizə biznesinizə ən yaxşı şəkildə necə davam edəcəyiniz barədə nəticə çıxarmağa imkan verəcəklər.