“İş dünyası - 100 ilin zirvəsi” tədbiri çərçivəsində biznes forum-sərgi keçirilib.
Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və MÜSİAD Azerbaycanın təşkilatçılığı, bir çox yerli şirkətlərin sponsorluğu ilə baş tutub.
Xəbərlər
13 iyul 2023

Biznes forum-sərgisində spikerlərə və təşkilatçılara "Yetimlik hamisi" sertifikatı təqdim olunub.
Tədbirdə MÜSİAD sədri Mahmut Asmalı tərəfindən qonaq spikerlər və təşkilatçılara Yetimlik Hamisi Sertifikatı hədiyyə edilib. Həmçinin tədbirin sponsorlarına təşkilatçılar tərəfindən Təşəkkürnamələr təqdim edilib.
Xəbərlər
13 iyul 2023

“İş dünyası -100 ilin zirvəsi” tədbirinin sponsorların “Təşəkkürnamə”lər təqdim edilib.
Panel müzakirələr formatında təşkil olunan tədbirdə MÜSİAD-ın sədri Mahmut Asmalı, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədri Hasan Basri Kurt, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, KOBSKA sədri Nigar Ələsgərovanın moderatorluğu ilə I paneldə çıxış ediblər. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın, MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli isə II paneldə çıxış ediblər. Azərbaycan-Türkiyə iqtisadi-ticarət əlaqələri, əməkdaşlıq perspektivləri, potensial investisiya imkanları barədə müzakirələr keçirilib.
Xəbərlər
13 iyul 2023
“İş dünyası -100 ilin zirvəsi” tədbirində biznes sərgisi və sahibkarlar arasında B2B görüş keçirildi.
Sərgidə kənd təsərrüfatı, İKT, tikinti və inşaat, xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub
Xəbərlər
13 iyul 2023