Paylaş

“İş dünyası -100 ilin zirvəsi” tədbirinin sponsorların “Təşəkkürnamə”lər təqdim edilib.

13 iyul 2023

Xəbərlər

“İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgisində Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, investisiya qoyuluşunun təşviqi kimi məsələlər müzakirə edilib, yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunub.
İstanbul şəhərində “İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgi keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD), Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun tərəfdaşlığı, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və “MÜSİAD Azərbaycan”ın təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunub.
Tədbirin məqsədi Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi, mövcud investisiya imkanlarının təqdim edilməsidir.
Panel müzakirələr formatında təşkil olunan tədbirdə MÜSİAD-ın sədri Mahmut Asmalı, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədri Hasan Basri Kurt, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, KOBSKA sədri Nigar Ələsgərovanın moderatorluğu ilə I paneldə çıxış ediblər. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın, MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli isə II paneldə çıxış ediblər. Azərbaycan-Türkiyə iqtisadi-ticarət əlaqələri, əməkdaşlıq perspektivləri, potensial investisiya imkanları barədə müzakirələr keçirilib.
Tədbirdə MÜSİAD sədri Mahmut Asmalı tərəfindən qonaq spikerlər və təşkilatçılara "Yetimlik Hamisi" Sertifikatı hədiyyə edilib. Həmçinin tədbirin sponsorlarına təşkilatçılar tərəfindən "Təşəkkürnamələr" təqdim edilib. Tədbirin Baş Sponsoru "Gemza Group" Şirkətidir. Sponsorlar "AzLead" MMC, "Qarabağ Steel", "Albayrak" və "AzNAR" QSC, dəstəkçi tərəfdaşları isə "Baş Derici", "Unix Pedal", "Stuhmer", "Unique" və "Cardinalia Septem Group" şirkətləridir.
Təltif etmədən sonra iştirakçılar tədbir çərçivəsində təşkil olunan sərgi ilə tanış olublar. Sərgidə kənd təsərrüfatı, İKT, tikinti və inşaat, xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Tədbir haqqında Azərbaycan KİV-lərində məlumat👈
Tədbir haqqında Azərbaycan KİV-lərində məlumat👈
Tədbir haqqında Azərbaycan KİV-lərində məlumat👈
Tədbir haqqında Azərbaycan KİV-lərində məlumat👈
Tədbir haqqında Azərbaycan KİV-lərində məlumat👈