Paylaş
İş dünyası-100 ilin zirvəsi 2
14 avqust 2023
Xəbərlər
“İş dünyası-100 İlin Zirvəsi 2” biznes forum-sərgi bu dəfə Ankarada
KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfı (TADİV) təşkilatçılığı və Avrora MMC-nin baş sponsorluğu, Unico MMC, Euroclima MMC-nin sponsorluğu ilə Türkiyənin paytaxtı Ankara şəhərində “İş dünyası-100 İlin Zirvəsi” adlı biznes forum-sərgi baş tutacaq. Layihə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunur.
Belə ki, Azərbaycan və qardaş ölkə Türkiyə arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsi və 2 ölkənin KOB subyektləri arasında əlaqələrin, əməkdaşlığın qorunmasına və artmasına töhfə vermək məqsədilə icra olunacaq layihənin 21-22 noyabr tarixlərində keçirilməsi planlaşdırılır. Layihədə Azərbaycan tərəfindən müxtəlif sektorları təmsil edən 60-a yaxın KOB subyektinin iştirakı nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, cari ilin 13-14 iyul tarixlərində eyni adlı layihə Türkiyənin İstanbul şəhərində KOBSKA-nın və MÜSİAD Azərbaycanın təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Müstəqil və Sənayeçi İş Adamları Birliyinin (MÜSİAD) rəsmi tərəfdaşlığı ilə keçirilib. Ümumilikdə 200-dən çox sahibkarın iştirakı ilə baş tutan tədbir zamanı Azərbaycanlı iş adamlarının xidmət, mal və məhsullarının sərgiləndiyi sərgi də keçirilib. Tədbir sahibkarlar tərəfindən yüksək rəğbətlə qarşılanıb. Daha ətraflı
“İş dünyası-100 İlin Zirvəsi 2“ Ankara layihəsində iştirak etmək və ətraflı məlumat əldə etmək istəyən sahibkarlar buraya👈🏻 klik edərək qeydiyyatdan keçə bilərlər.
Həmçinin tədbirdə sponsor və dəstəkçi qismində iştirak etmək istəyən sahibkarlar da əməkdaşlığa dəvət olunur.
“İş dünyası-100 İlin Zirvəsi” İstanbul biznes forum-sərgisindən video çarxı buraya👈🏻 klik edərək izləyə bilərsiniz.
Digər xəbərlər

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024

Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq suyektlərinin rəhbərləri ilə görüşüb. Görüşün əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurda qaçqın və məcburi köçkünlərin təhsil imkanlarının yaxşılaşdırılması və bu sahədə özəl sektorun rolunu artırmaqdır. Həmçinin, bölgədə maarifləndirmə tədbirləri və təqaüd proqramlarının təşkil edilməsi, gənclərə innovativ və texnoloji biliklərin öyrədilməsi müzakirə edilib.
Xəbərlər
16 oktyabr 2024

INSME-nin təsisçisi və "Rotary International" təşkilatının nümayəndələri KOBSKA ofisini ziyarət edib
11 oktyabr tarixində INSME-nin (Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkə) təsisçisi və "Innovation Business Development" (İnnovasiya Biznesinin İnkişafı) şirkətinin qurucusu və rəhbəri Dr. Hamsa Thota, eləcə də "Rotary International" təşkilatının nümayəndələri Bəhram Atabəyli və Nigar Atabəyli Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət ediblər.
Xəbərlər
11 oktyabr 2024