“İş dünyası - 100 ilin zirvəsi” tədbiri çərçivəsində biznes forum-sərgi keçirilib.

Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və MÜSİAD Azerbaycanın təşkilatçılığı, bir çox yerli şirkətlərin sponsorluğu ilə baş tutub.

Xəbərlər

13 iyul 2023

Biznes forum-sərgisində spikerlərə və təşkilatçılara "Yetimlik hamisi" sertifikatı təqdim olunub.

Tədbirdə MÜSİAD sədri Mahmut Asmalı tərəfindən qonaq spikerlər və təşkilatçılara Yetimlik Hamisi Sertifikatı hədiyyə edilib. Həmçinin tədbirin sponsorlarına təşkilatçılar tərəfindən Təşəkkürnamələr təqdim edilib.

Xəbərlər

13 iyul 2023

“İş dünyası -100 ilin zirvəsi” tədbirinin sponsorların “Təşəkkürnamə”lər təqdim edilib.

Panel müzakirələr formatında təşkil olunan tədbirdə MÜSİAD-ın sədri Mahmut Asmalı, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədri Hasan Basri Kurt, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, KOBSKA sədri Nigar Ələsgərovanın moderatorluğu ilə I paneldə çıxış ediblər. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın, MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli isə II paneldə çıxış ediblər. Azərbaycan-Türkiyə iqtisadi-ticarət əlaqələri, əməkdaşlıq perspektivləri, potensial investisiya imkanları barədə müzakirələr keçirilib.

Xəbərlər

13 iyul 2023

“İş dünyası -100 ilin zirvəsi” tədbirində biznes sərgisi və sahibkarlar arasında B2B görüş keçirildi.

Sərgidə kənd təsərrüfatı, İKT, tikinti və inşaat, xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub

Xəbərlər

13 iyul 2023

İş dünyası-100 ilin zirvəsi 2

“İş dünyası-100 ilin zirvəsi” adlı biznes forum və sərgi baş tutacaq. Layihə Ulu öndər Heydər Əliyevin 100 ilik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunur. Beləki, Azərbaycan və qardaş ölkə Türkiyə arasındaki İqtisadi əlaqələrin möhkəmlənməsi və 2 ölkənin KOB subyektləri arasında əlaqələrin, əməkdaşlığın qorunmasına və artmasına töhfə vermək məqsədilə icra olunacaq layihənin 26-27 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır. Layihədə Azərbaycan tərəfindən müxtəlif sektorları təmsil edən 60-a yaxın KOB subyektinin iştirakı nəzərdə tutulur.

Xəbərlər

14 avqust 2023

Azərbaycanlı və türkiyəli iş adamları arasında “İş dünyası-100 ilin zirvəsi 2” biznes forum-sərgisi keçirilib.

KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Türkiye Azerbaycan Dostlukİşbirliği ve Dayanışma Vakfı (TADİV) təşkilatçılığı ilə “İş dünyası-100 İlin Zirvəsi” adlı biznes forum-sərgi baş tutub. Layihə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və TürkiyəRespublikasının 100 illiyinə həsr olunub.

Xəbərlər

21 noyabr 2023