Paylaş

KOBSKA ilə Ankara Ticarət Odası arasında əməkdaşlıq haqqında memorandum imzalandı.

21 noyabr 2023

Xəbərlər

KOB Subyektlərinin və Klublarının Assosiasiyası (KOBSKA) və Ankara Ticarət Odası arasında ticarət və biznes münasibətlərinin inkişaf etdirilməsi istiqamətində memorandum imzalandı.
Memorandumu KOBSKA sədri Nigar Ələsgərova və Ankara Ticarət Odasının idarə heyətinin sədri Gürsel Baran imzalayıb.
Qeyd edək ki, 21 noyabr tarixində baş tutan memorandum imzalanma mərasimində hər iki qurumun rəhbər heyəti iştirak edib.
Ankara Ticarət Odasının idarə heyətinin sədri Gürsel Baran imza mərasimində Azərbaycan və Türkiyənin iki ayrı dövlət olsalarda millətlərin eyni olduğunu, “Biz qardaşıq, qardaşdan da daha doğma və yaxınıq” ifadələrini dilə gətirib. Türkiyə ilə Azərbaycanın bir-birinə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlandığını qeyd edən Gürsel Baran, bu strateji əlaqələrlə yanaşı, Türkiyənin də ölkəmizə müdafiə sənayesi sahəsində öz təcrübələrini qatdığını qeyd etdi.
KOBSKA sədri Nigar Ələsgərova çıxışında əməkdaşlıq memorandumu ilə Azərbaycan və Türkiyə arasında ticarət həcmini artırmağı hədəflədiklərini ifadə edərək, “Ankara Ticarət Palatasına üzv olan iş adamlarının təcrübələrindən yararlanmaq istəyirik” dedi.
Qeyd edək ki, imzalanma mərasimində Ankara Ticarət Odasının idarə heyətinin üzvü Ahmet Akça, Yasin Özyolu və Ankara Ticarət Odasının yaradıcı sənayelər və brendləşmə üzrə ixtisaslaşdırılmış komissiyasının rəhbəri Berat Kuzu və KOBSKA-nın idarə heyətinin nümayəndələri iştirak etdi.
KOBSKA və Ankara Ticarət Odası arasında imzalanan memoranduma əsasən iki ölkə arasında ticari və iş münasibətlərinin gücləndirilməsi və bu istiqamətdə ortaq layihələrin icra olunması hədəflənir.