Paylaş

Dayday.az startap platformasının təqdimatı keçiriləcək

26 iyul 2024

Xəbərlər

Hörmətli sahibkarlar, Sizi, növbəti maraqlı görüşümüzə dəvət edirik
31 iyul tarixində Kiçik və Orta Biznes Subyektlləri və Klublarının Assosiasiyası (KOBSKA) təşkilatçılığı ilə Dayday.az startap platformasının təqdimatı keçiriləcək.
Dayday.az biznes layihə olmaqla, Panda Tech MMC-nin məhsullarından biridir.
Platformanın əsas məqsədi həm yerli, həm də beynəlxalq əlaqələr qurmaq istəyənlərə hərtərəfli xidmət göstərməkdir.
Görüşdə aşağıdakı şirkətlər iştirak edə bilər: •⁠ ⁠Öz biznesini inkişaf etdirmək istəyənlər; •⁠ ⁠Yeni satış imkanları əldə etmək istəyənlər; •⁠ ⁠Alıcı bazasını genişləndirmək istəyənlər; •⁠ ⁠Marketinq, HR, maliyyə xidmətləri və s. almaq istəyənlər.
Əgər siz də görüşdə iştirak etmək istəyirsinizsə qeydiyyatdan keçin.
Qeydiyyat linki: https://bit.ly/3y2UdUF
Qeyd edək ki, tədbir 31 iyul saat 10:00-da Bakı KOB Evində baş tutacaq.