Paylaş

Ölkəmizdə ilk dəfə “iFest” keçirilib.

23 iyul 2024

Xəbərlər

23 iyul tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, "Azercosmos", "4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin", "İnnovasiyalar Mərkəzi"nin rəsmi tərəfdaşlığı ilə ölkəmizdə ilk “iFest” İnnovasiya və Texnologiya Festivalı baş tutub.
Layihənin əsas məqsədi texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirməkdir.
Festivalın rəsmi açılış mərasimində açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova edib. Daha sonra tədbirin rəsmi qonaqlarından olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin icraçı direktoru Fariz Cəfərov, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Kapital Bankın “Korporativ & KOS rəqəmsal məhsullar” şöbəsi üzrə sahə lideri Xanım Rüstəmova, “SABAH.HUB” şirkətinin İdarə Heyətinin üzvü Orxan Abbasov çıxış edib.