Paylaş
23 iyulda ölkəmizdə ilk “iFest” İnnovasiya və Texnologiya Festivalı baş tutub.
23 iyul 2024
Xəbərlər
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, "Azercosmos", "4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin", "İnnovasiyalar Mərkəzi"nin rəsmi tərəfdaşlığı ilə 23 iyulda ölkəmizdə ilk “iFest” İnnovasiya və Texnologiya Festivalı baş tutub.
Layihənin əsas məqsədi texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirməkdir.
Rəsmi açılış mərasimindən sonra “Gələcəyin İnnovasiyası: Texnologiyaya istiqamət verən Trendlər və Strategiyalar” və “COP29 və İnnovasiya: Dayanıqlı Gələcək üçün İnnovativ Həllər” mövzularında panel müzakirələri start götürüb. 1-ci panel müzakirəsi “Destec Group” şirkətinin İdarə Heyətinin sədri Sakit Səmədovun moderatorluğu ilə həyata keçirilib. Paneldə spiker qismində "Innovation Management and Triz Institute"un direktoru Ali Kutvan, "Bilgiyi Ticarileştirme Merkezi"nin icraçı direktoru İbrahim Elbaşı və Kapital Bankın “Kiçik və Orta Sahibkarlarla İş” Departamentinin satış şöbəsinin müdiri Rəşad Babayev çıxış ediblər.
2-ci panel müzakirəsi "Smartnation" İnsan İnkişafı Platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədovanın moderatorluğu ilə həyata keçirilib. Paneldə spiker qismində Türkiyə Dayanıqlı Gələcək Komissiyası, Türk Dünyası Tarım Birliyinin sədri Doğan Başaran, "Bulutistan" - Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan ölkə müdiri Samir Nuriyev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Startap Ekosisteminin quruculuğu” şöbəsinin müdiri Camal Ağayev çıxış ediblər.
Daha sonra festival 10 innovasiya və texnologiya şirkəti və 30 startapın sərgisi, investor görüşləri (pitching), "Startap Forum"un təqdimatı, texnoloji şoular ilə davam edib.
Məlumat üçün bildirək ki, tədbirə 2000-dən çox ziyarətçi qatılıb.
Silsiləvi xarakter daşıyan festival bu il COP 29`a həsr olunur və “Yaşıl texnologiya-yaşıl dünya naminə” şüarı ilə keçirilir.
Xatırladaq ki, ölkənin ilk bankı Kapital Bank iFest`in baş sponsoru, "Wolt Azerbaijan", "Ofisait", "Holberton School Azerbaijan", "XCO Technology", "Code and More" isə dəstəkçilərdir.
Startapforum qeydiyyat linki: https://startapforum.az/
Digər xəbərlər
Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024
Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq suyektlərinin rəhbərləri ilə görüşüb. Görüşün əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurda qaçqın və məcburi köçkünlərin təhsil imkanlarının yaxşılaşdırılması və bu sahədə özəl sektorun rolunu artırmaqdır. Həmçinin, bölgədə maarifləndirmə tədbirləri və təqaüd proqramlarının təşkil edilməsi, gənclərə innovativ və texnoloji biliklərin öyrədilməsi müzakirə edilib.
Xəbərlər
16 oktyabr 2024
INSME-nin təsisçisi və "Rotary International" təşkilatının nümayəndələri KOBSKA ofisini ziyarət edib
11 oktyabr tarixində INSME-nin (Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkə) təsisçisi və "Innovation Business Development" (İnnovasiya Biznesinin İnkişafı) şirkətinin qurucusu və rəhbəri Dr. Hamsa Thota, eləcə də "Rotary International" təşkilatının nümayəndələri Bəhram Atabəyli və Nigar Atabəyli Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət ediblər.
Xəbərlər
11 oktyabr 2024