Paylaş
KOBSKA APA Groupa mükafat təqdim edib
14 mart 2023
Xəbərlər
KOB Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) Bakıda keçirilən “İnternational Agro Business Forum– 2023” tədbirində göstərdiyi media dəstəyinə görə APA Groupa mükafat təqdim edib.
Assosiasiyanın sədri Nigar Ələsgərova çıxışında bu günkü görüşün hər iki tərəf üçün məhsuldar olduğunu, hər iki qurumun öz güc və imkanlarını birləşdirərək yerli bazar iştirakçılarının inkişafı üçün daha da yaxşı imkanlar yarada biləcəyini qeyd edib.
APA Group-un rəhbəri Vüsalə Mahirqızı isə KOBSKA-nın forumun təşkilatçılığında görünən və görünməyən əziyyətinin olduğunu açıqlayıb.
“Bu kimi tədbirlərdə həm tədbir təşkilatçıları, həm də tədbirə dəstək olanlar bir-birilərini daha yaxından tanımağa imkan tapırlar. Biz tədbirin media dəstəkçisi olsaq da, KOBSKA-nın digər tərəfdaşlarla necə koordinasiyalı şəkildə işlədiyinin şahidi olurduq. Assosiasiyanın daxili komandası həm bizə, həm də tədbirə qatılanlara anında dəstək göstərərək məsələləri operativ həll edirdilər ki, bu da tədbirin qüsursuz keçməsinə imkan verirdi. Mən çox şadam ki, APA Group tədbirin media tərəfdaşı olmaqla yanaşı, həm də ölkədə keçirilən bu mötəbər tədbirin, orada səsləndirilən fikirlərin dünyaya çatdırılmasında birbaşa çıxış edirdi. Bu kimi yanaşmalar onu göstərir ki, KOBSKA keçirilən istənilən tədbirlərdə sahibkarlığa dəstək göstərmək qabiliyyətindədir.”
Sonda isə Vüsalə Mahirqızı mükafata görə Nigar Ələsgərovaya təşəkkürünü bildirib.
Digər xəbərlər

“Qadın gündəliyi’’ – Milli Dialoq Platformasının İctimai Təqdimatı keçirilib
7 mart, 2023 tarixində Azərbaycanda “Qadın Gündəliyi” – Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib.
Xəbərlər
07 mart 2023

"İnternational Agro Business Forum-2023"keçirildi.
28 fevral 2023-cü il tarixində Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə "İnternational Agro Business Forum-2023" forum-sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Xəbərlər
28 fevral 2023

KOBSKA – nın sədri CBC FM- ə qonaq oldu.
CBC FM-də qonaq olan KOBSKA-nın sədri Nigar Ələsgərova "Qardaş köməyi" platforması, "Beynəlxalq Aqro Biznes Forum-2023" və KOBSKA-nın gələcək planları haqqında məlumat verib.
Xəbərlər
22 fevral 2023