Paylaş
“Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib.
17 noyabr 2023
Xəbərlər
“Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirib. Konfrans Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin ilkin mərhələsinin yekunlarına həsr olunub.
Konfransın moderatoru, Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev layihə haqqında məlumat verib.
Komitənin sədr müavini Fuad Hüseynov konfransın mövzuduna dair geniş çıxış edib. Bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış – dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya Azərbaycanın 2030-cu ilə kimi icra edilməli olan sosial-iqtisadi inkişafının beş milli prioritetindən biridir. Böyük Qayıdışa dair birinci Dövlət Proqramında məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşması və iqtisadi fəaliyyətə reinteqrasiyası prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. İşğsldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti və tapşırıqları əsasında, bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurda rahat, təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. Artıq 3 mindən çox məcburi köçkünün daimi məskunlaşmaq üçün geri qayıtdığı qeyd edilib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Dövlət Komitəsi bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə layihələr həyata keçirir.
Konfransda Milli Məclisin deputatları Mahir Abbaszadə və Naqif Həmzəyev çıxış ediblər. Qeyd edilib ki, bu günlərdə Milli Məclisə hökumətin təqdim etdiyi 2024-cü ilin dövlət büdcəsi layihəsinin digər prioritetləri sırasında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri də var. Geri qayıdanların məşğulluğunun təmin edilməsi üçün istehsalın və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi işləri də uğurla icra olunur, yerli və xarici sərmayəçilər üçün əlverişli biznes mühiti formalaşdırılmaq üçün sənaye parkları yaradılır və digər müvafiq işlər görülür. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov məcburi köçkün icmalarının biznes və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinin mühüm məsələ olduğunu bildirib, bu sahədə Dövlət Komitəsi ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova isə çıxışında qeyd edib ki, layihə çərçivəsində məcburi köçkünlərə biznes bacarıqlarını inkişaf etdirmək məqsədilə peşəkar biznes təlimlər keçirilib. Geri qayıtdıqdan sonra fəaliyyət göstərəcəkləri sahələr üzrə biznes planlar hazırlanıb və mikro sahibkar kimi fəaliyyət göstərmələri üçün müvafiq addımlar atıb. Tədbirdə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Sonda “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib. Layihənin iştirakçısı Laçın rayonunun Zabux kəndinin sakini Ziyadxan Məmmədov layihənin onlarda biznes bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib, məcburi köçkünlərin məşğulluğunun artırılmasına dövlət dəstyinin göstərilməsinə görə ölkə rəhbərliyinə təşəkkür bildirib.
Konfrans iştirakçıları məcburi köçkünlərə gəlirgətirən fəaliyyətlə məşğul olmaq üçün təqdim edilən avadanlıqlarla tanış olublar.
Digər xəbərlər

Bakıda Özbəkistan Ticarət Evinin açılışı oldu
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov mərasimdə çıxış edərək Özbəkistan Ticarət Evinin fəaliyyətinə uğurlar arzu edib. Orxan Məmmədov çıxışında son 1 ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfərlərini qeyd edib. Həmçinin ölkələr arasında ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdırıb.
Xəbərlər
01 dekabr 2023

Azərbaycanlı və türkiyəli iş adamları arasında “İş dünyası-100 ilin zirvəsi 2” biznes forum-sərgisi keçirilib.
KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Türkiye Azerbaycan Dostlukİşbirliği ve Dayanışma Vakfı (TADİV) təşkilatçılığı ilə “İş dünyası-100 İlin Zirvəsi” adlı biznes forum-sərgi baş tutub. Layihə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və TürkiyəRespublikasının 100 illiyinə həsr olunub.
Xəbərlər
22 noyabr 2023
KOBSKA ilə Ankara Ticarət Odası arasında əməkdaşlıq haqqında memorandum imzalandı.
KOB Subyektlərinin və Klublarının Assosiasiyası (KOBSKA) və Ankara Ticarət Odası arasında ticarət və biznes münasibətlərinin inkişaf etdirilməsi istiqamətində memorandum imzalandı. Memorandumu KOBSKA sədri Nigar Ələsgərova və Ankara Ticarət Odasının idarə heyətinin sədri Gürsel Baran imzalayıb.
Xəbərlər
21 noyabr 2023