Paylaş
“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası baş tutdu.
24 sentyabr 2023
Xəbərlər
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçirildi.
Layihənin icrasında əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və onlar arasında əməkdaşlığın genişləndirilməsi, sahibkarların xidmət keyfiyyətinin yaxşılaşdırılması, əhalinin həssas qrupundan olan qadınlar və aztəminatlı ailələri təmsil edən vətəndaşların fəaliyyətinin dəstəklənməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.
Qeyd edək ki, Dədə Qorqud parkında təşkil olunmuş sərgidə ümumilikdə 62 sahibkarlıq subyekti öz məhsul və xidmətlərini təqdim etdi.
Layihənin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədr müavini Hikmət Məmmədov çıxış etdilər və sərgi iştirakçılarına öz xoş diləklərini çatdırdılar.
Qeyd edək ki, layihənin tərəfdaşları qismində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Kapital Bank, media tərəfdaşı qismində isə Biznes Mərkəzi çıxış edir.
Məlumat üçün bildirək ki, ``Arşın mal alan” milli silsiləvi satış sərgi yarmarkası KOBSKA tərəfindən davamlı həyata keçirilir. İlk səfə 2022-ci ilin avqust ayında Bakı Şərq Bazarında, oktyabrında isə Astarada həyata keçilib. Davamlı hər il bir dəfədən az olmayaraq keçirilməsi də planlaşdırılır.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024