Paylaş
İkinci “Arşın mal alan” satış-sərgi yarmarkasının açılış mərasimi baş tutub.
28 oktyabr 2022
Xəbərlər
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBKSA) və “Maricel Astara Resort”un birgə təşkilatçılığı ilə 28 oktyabr tarixində “Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkasının açılışı baş tutdu. Astara Dənizkənarı Park-Bulvar Kompleksində yerləşən “ Maricel Astara Resort”da keçirilən sərgidə Bakı və cənub bölgəsindən ümumilikdə 50-yə yaxın KOB subyekti təmsil olunur.
Açılış nitqində KOBSKA-nın sədri Nigar Ələsgərova tədbirin əsas məqsədinin mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılması olduğunu bildirdi. Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi də çıxış etdi.
Sərgi yarmarkasında tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olundu. Bundan başqa, yarmarkada gün boyu Lənkəran Regional Mədəniyyət İdarəsi, Astara rayon Mədəniyyət Mərkəzi tərəfindən əyləncəli konsert proqramı təşkil olundu.
2-ci “Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkasının informasiya tərəfdaşı Xəzər Media Mərkəzidir.
Digər xəbərlər

“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası baş tutdu.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçirildi.
Xəbərlər
24 sentyabr 2023

Amsterdamda Beynəlxalq Tekstil Sərgisi
27-29 mart 2024-cü il tarixlərində Hollandiyanın paytaxtı Amsterdamda “BeynəlxalqAmsterdam Tekstil Sərgisi” həyata keçiriləcək. Qeyd edək ki, cari sahədə Azərbaycandan moda dizaynerlərinin, tekstil ixracatçılarının, geyim markaları və moda brendləri nümayəndələrinin iştirakı Kiçik və Orta Biznes Subyektləri və Klublarının təşkilatçılığı ilə həyata keçiriləcək.
Xəbərlər
11 sentyabr 2023

“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası keçiriləcək.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçiriləcək.
Xəbərlər
30 avqust 2023