Paylaş

Hacı Nuran KOBSKA ofisini ziyarət edib

17 oktyabr 2024

Xəbərlər

17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Baş tutan görüşdə KOBSKA-nın İdarə Heyətinin sədri assosiasiyanın fəaliyyəti və həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verib.
Görüşün sonunda KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova tərəfindən Hacı Nurana KOBSKA-nın simvolik hədiyyəsi təqdim edilib.