Paylaş
“Arşın mal alan” satış-sərgi yarmarkası həyata keçirildi.
05 avqust 2022
Xəbərlər
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBKSA) və “Kazımlı Agency”nin təşkilatçılığı ilə “Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası təşkil olunub. İlk dəfədir keçirilən tədbirin məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır. KOBSKA-nın idarə heyətinin sədri Nigar Ələsgərovanın sözlərinə görə yarmarkada 90 biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunur. Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunub, uğurlu iş adamları ilə təcrübə mübadiləsi, tanınmış simalarla görüş imkanı yaradılıb. Konsert proqramı ilə müşayət olunan yarmarkada uşaqlar üçün master klaslar və s. əyləncəli tədbirlər də təşkil olunub. Tədbirin açılışında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, millət vəkili Vüqar İskəndərov belə tədbirlərin yerli məhsulların tanıdılmasında, KOB-ların satış imkanlarının genişlədirilməsində önəmi barədə fikirlərini bölüşüblər. Yarmarka avqustun 7-dək davam edəcəkdir. Tədbirin təşkilatçı tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası, informasiya dəstəkçiləri isə Xəzər Media Mərkəzi, “Trend” müstəqil informasiya agentliyi (trend.az) və big.az xəbər portalıdır.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024