Paylaş

Türkiyəli sahibkarların Azərbaycana işgüzar səfəri baş tutub

17 iyul 2024

Xəbərlər

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, OSTİM Organize Sanayi Bölgəsinin (OSB) Dış Ticaret Koordinatörlüğü və İş ve İnşaat Makineleri Kümelenmesinin (İŞİM) birgə əməkdaşlığı çərçivəsində 30-a yaxın inşaat və inşaat sektoruna aid avadanlıqların (makinaların) istehsalı ilə məşğul olan şirkət sahiblərinin Bakıya işgüzar səfəri baş tutub.
3 gün davam edən səfər çərçivəsində Türkiyədən gələn iş adamları KOB Evində baş tutan 100 nəfərlik B2B görüşün ardından "Kristal Abşeron", "Okuklu Holding", "Türk Ticaret Merkezi", "Huner Group", "GemZA Holding", "Azərbaycan Türkiyə İş Adamları Birliyi" ofisini ziyarət edərək iş fəaliyyətləri ilə yaxından tanış olublar. Görüşlərdə gələcəkdə keçiriləcək layihələr və birgə əməkdaşlıq imkanları müzakirə edilib.
Səfərin sonuncu günündə növbəti görüş Türkiyə səfirliyində baş tutub. Daha sonra sahibkarlar Şəhidlər Xiyabanını ziyarət edib.
Bununla da, Türkiyəli sahibkarların Azərbaycana işgüzar səfəri başa çatıb.