Paylaş

ATİB-in təşkilatçılığı ilə "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda müzakirələr keçirilib

20 avqust 2024

Xəbərlər

Azərbaycan-Türkiyə İş adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda müzakirələr keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 11-22 noyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçiriləcək 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “yaşıl” hədəflərin təşviqi olub.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Doç. Dr. Cahit Bağcı, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev, COP29 Əməliyyat Şirkətinin nümayəndəsi Kənan Hüseynov, Milli Məclisin VI çağırış deputatı Jalə Əliyeva, TƏBİB tabeliyində “Yeni Klinika”nın direktoru Barat Yusubov, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova, “Caspian Energy Club”-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, “Birikim” Mühəndislik Ekologiya Turizm MMC-in təsisçisi və texniki meneceri Mete Bülbül və ATİB üzvü olan şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova COP29 ilə bağlı həyata keçirilən layihələr və COP29 çərçivəsində KOBSKA-nın stendi və oradakı fəaliyyətləri haqqında məlumat verdi.
Sonda Azərbaycan-Türkiyə İş Adamları Birliyinə yeni qoşulmuş üzvlərə Üzvlük plaketləri təqdim edilib və onların fəaliyyətləri haqqında təqdimatları dinlənilib.
Qeyd edək ki, tədbir 20 avqust tarixində Hyatt Regency hoteldə baş tutub.