Paylaş
“Sürdürülebilir Gelecek Platformu” İstanbulda COP29’a dair təqdimatlar təşkil edib
03 sentyabr 2024
Xəbərlər
3 sentyabr tarixində “Sürdürülebilir Gelecek Platformu” İstanbulda COP29’a dair təqdimatlar təşkil edib.
Təqdimatların əsas məqsədi media nümayəndələri və şirkət sahiblərinə COP29 haqqında məlumat verməklə, qurulacaq stenddə iştirakla bağlı məlumatlandırma olub.
Tədbirdə “Agriconnect Türkiye” rəhbəri Havva Olçum, Trendyol şirkətinin Korporativ Kommunikasiyalar üzrə direktoru İrem Poyraz, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri, “Sürürdülebilir Gelecek Platformu” Məsləhət Şurasının üzvü Nigar Ələsgərova, “Sürürdülebilir Gelecek Platformu” Məsləhət Şurasının üzvü Prof. Dr. Levent Kurnaz, "İyi Gelecek Sürdürülebilirlik" Konsaltinq şirkətinin təsisçisi və Sürdürülebilir Gelecek Platformunun Məsləhət Şurasının üzvü Aslı Pasinli, həmçinin bir sıra QHT-lərin nümayəndələri və sektor liderləri iştirak ediblər.
Görüşdə çıxış edən Nigar Ələsgərova Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik” ili olduğunu və COP29-a ev sahibliyi edəcəkləri üçün hazırlıqların böyük həyəcanla davam etdiyini bildirib.
Qeyd edək ki, COP29-da "Green Zone"da "Sürdürülebilir Gelecek Platformu" və KOBSKA birlikdə stend ilə təmsil olunacaq.
Məlumat üçün bildirək ki, 11–24 noyabr tarixlərində Bakıda keçiriləcək olan COP29 çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80 mindən çox siyasinin, QHT və media təmsilçisinin, sahibkarların və iş adamlarının iştirakı gözlənilir.
Xatırladaq ki, "Sürdürülebilir Gelecek Platformu" 2020-ci ilin sentyabr ayında təsis edilmişdir. Əsas məqsədi sürətlə dəyişən dünyada davamlılıq və ekoloji problemlər üzərində cəmiyyətin diqqətini cəlb etmək, bu mövzuda həll yolları təklif etməkdir. Türkiyə üzrə 7, Azərbaycan üzrə 4 müşahidəçi ilə fəaliyyət göstərir.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024