Paylaş

Türk Dünyası Təhsil Festivalı

22 iyun 2024

Xəbərlər

CEO Fair şirkətinin təşkilatçılığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) tərəfdaşlığı ilə 22 iyun tarixində Bakıda növbəti "Türk Dünyası" Təhsil Festivalı keçirilib.
Açılış mərasimində çıxış edən rəsmi qonaqlar təhsilin inkişafı ilə bağlı maraqlı təkliflər irəli sürüblər. Daha sonra KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova çıxış edərək festivalın Türk dövlətləri arasındakı təhsil münasibətlərinin inkişafındakı rolundan danışıb, tədbirin gedişatına uğurlar arzu edib.
Ümumilikdə 1200-dən çox ziyarətçinin qatıldığı sərgidə 40-a yaxın yerli və xarici təhsil mərkəzlərinin direktorları, Milli Məclisin deputatları, Türkiyə universitetlərinin müəllimləri iştirak ediblər.
Sərgi müddətində ziyarətçilərə özəl hədiyyəli yarış təşkil olunub. Belə ki, canlı çəkilişdə seçilən 6 biletin sahibləri planşet, noutbuk və smartfon kimi dəyərli hədiyyələr qazanıblar.
Qeyd edək ki, İstanbul Kent Universiteti festivalın sponsorudur.