Paylaş

KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərova və ŞKTR-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer arasında görüş baş tutub.

23 aprel 2024

Xəbərlər

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) idarə heyətinin sədri Nigar Ələsgərova ilə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer arasında işgüzar görüş baş tutub.
Görüşdə KOBSKA-nın qarşıdakı layihələri haqqında ətraflı məlumat verilib və mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşün sonunda Assosiasiyanın sədri xanım Ufuk Turganerə KOBSKA-nın simvolik hədiyyəsini təqdim edib.