Paylaş

KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova ilə COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadarai arasında işgüzar görüş baş tutub.

04 iyul 2024

Xəbərlər

4 iyul tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova ilə COP29 Təşkilat Komitəsinin üzvü, COP29 Azərbaycan üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai arasında işgüzar görüş baş tutub.
COP29 ofisində keçirilən görüşdə COP29-a həsr olunan "İFest" - innovasiya və texnologiya festivalı ilə bağlı məsələlər danışılıb. Həmçinin COP29 çərçivəsində sahibkarlarla fəaliyyətin təşkil olunması istiqamətində müzakirələr aparılıb.
Qeyd edək ki, "İFest" festivalı cari ildə "Yaşıl texnologiya - yaşıl dünya naminə" şüarı ilə keçirilir.