Paylaş

KOBSKA ilə BMU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

06 noyabr 2023

Xəbərlər

Kiçik və Orta Biznes Subyektləri və Klublarınınn Assosiasiyası (KOBSKA) və Bakı Mühəndislik Universiteti (BMU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumu KOBSKA sədri Nigar Ələsgərova və BMU rektoru Yaqub Piriyev imzalayıblar.
Qeyd edək ki, 4 noyabr tarixində baş tutan memorandum imzalanma mərasimində hər iki qurumun rəhbər heyəti iştirak edib.
BMU universitetinin rektoru Yaqub Piriyev universitetlərin üzərinə düşən roldan ətraflı danışıb, həmçinin gənc sahibkarların formalaşdırlması, tələbələrın biznes ideyalarının dəstəklənməsi, məzunların işlə təminatı baxımından ali təhsil ocaqları ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Kampus, texnopark, müxtəlif profilli müasir laboratoriyalar kimi geniş imkanlara malik BMU-da perspektiv layihələrin icrası üçün münbit şəraitin olduğunu bildirən Yaqub Piriyev mümkün əməkdaşlıq istiqamətləri üzrə Assosiasiya ilə səmərəliəlaqələrin qurulacağına inandığını deyib.
KOBSKA sədri Nigar Ələsgərova assosiasiyanın fəaliyyəti barədə məlumat verib, universitet-özəl sektor əlaqələrinin gücləndirilməsi, ali təhsil müəssisələri ilə əməkdaşlığın faydalılığı və səmərəliliyindən söz açıb.
KOBSKA və BMU müxtəlif layihələrin hazırlanması və icra edilməsi, mikro, kiçik və orta sahibkarlıq mövzusunda beynəlxalq və yerli tədbirlərdə iştirak, bu tipli tədbirlərin ölkədə təşkili və işıqlandırılması,müəyyən mövzular üzrə araşdırmaların aparılması və tətbiqinə dair təkliflərin hazırlanması, müxtəlif maarifləndirici fəaliyyətlərin təşkili və digər məsələlər üzrə birgə çalışacaqlar.

Digər xəbərlər