Paylaş
Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
16 oktyabr 2024
Xəbərlər
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq suyektlərinin rəhbərləri ilə görüşüb.
Görüşün əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurda qaçqın və məcburi köçkünlərin təhsil imkanlarının yaxşılaşdırılması və bu sahədə özəl sektorun rolunu artırmaqdır. Həmçinin, bölgədə maarifləndirmə tədbirləri və təqaüd proqramlarının təşkil edilməsi, gənclərə innovativ və texnoloji biliklərin öyrədilməsi müzakirə edilib.
Görüşdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Prezident İlham Əliyevin qaçqınların təhsil problemlərinə daima diqqət yetirdiyini vurğulayıb. O, Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və Heydər Əliyev Fondunun layihələrinin təhsilin inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib. Həmçinin, Böyük Qayıdış proqramı çərçivəsində təhsillə bağlı məsələlərin kompleks şəkildə həll edildiyini də əlavə edib.
İndiyə qədər doğma yurdlarına qayıdan 8660 məcburi köçkünün 1000-dən çoxu məktəbli olub. Onların təhsilini davam etdirməsi üçün bölgələrdə yeni təhsil müəssisələri inşa edilib.
Daha sonra çıxış edən Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) "Təhsil" komitəsinin sədri və “Baku Design Academy”nin rəhbəri Aysel Gülməmmədova, özəl təhsil müəssisələrinin Böyük Qayıdış prosesinə dəstək vermək niyyətində olduğunu vurğulayıb. O, Qarabağ və Şərqi Zəngəzurda maarifləndirmə tədbirləri keçirmək və təqaüd proqramları təşkil etmək planlarını açıqlayıb.
Eyni zamanda, görüşdə qeyd olunub ki, maarifləndirmə proqramları vasitəsilə şagirdlərə innovativ təhsil metodları, texnoloji biliklər, liderlik bacarıqları və iqtisadi sektorlar haqqında məlumat veriləcək. Gənclərin inkişafını dəstəkləmək məqsədilə iqtisadiyyat, rəqəmsal marketinq, İT həlləri, dizayn və digər sahələrdə təqaüd proqramları təqdim ediləcək.
Son olaraq, "Feysmark" şirkətinin KOBSKA ilə birgə, doğma yurdlarına qayıtmış və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlərin təhsilinə dəstək vermək təşəbbüsü alqışlanıb. Dövlət Komitəsi bu təşəbbüsü dəstəkləyərək, layihənin uğurla həyata keçirilməsi üçün tam hazır olduğunu bildirib.
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024