Paylaş
KOBSKA Françayzinq Sərgisində
05 avqust 2023
Xəbərlər
Bakıda françayzinq sərgisi baş tutub. Rusiyanın “Franch Region" şirkətinin təşkilatçılığı ilə avqustun 3-də Sahil Hotel Baku-da françayzinq sərgisi həyata keçirildi. Sərgiyə hər il olduğu kimi, dünya bazarında güclü mövqe tutan və biznesini inkişaf etdirməyə hazır olan şirkətlər iştirak etdi. "Müasir Reallıqda Françayzinq" mövzusu altında keçirilən sərgidə müxtəlif sahələrdən tanınmış brendlərin təqdimatı ilə yanaşı, şirkət və holding rəhbərlərinin və ekspertlərin çıxışları yer aldı. Sahibkarlar və investorlar üçün maraqlı mövzular müzakirə edildi.
Avqustun 3-də həyata keçirilən françayzinq sərgisində KOBSKA təmsil olundu . Stendə yaxınlaşan sahibkarlar və sərgi iştirakçılarının sualları cavablandırıldı.
Qeyd edək ki, KOBSKA-nın xüsusi üzvü, biznes analitik və inkişaf mütəxəssisi Rauf Rüstəmov da spikerlər siyahısında idi və Biznes hədəflərinə necə nail ola bilərik?
mövzusunda təqdimatla çıxış etdi.
Ümumilikdə sərgidə 20-ə yaxın şirkət və 500-ə yaxın ziyarətçinin iştirakı ilə keçirildi.
Digər xəbərlər

“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası baş tutdu.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçirildi.
Xəbərlər
24 sentyabr 2023

Amsterdamda Beynəlxalq Tekstil Sərgisi
27-29 mart 2024-cü il tarixlərində Hollandiyanın paytaxtı Amsterdamda “BeynəlxalqAmsterdam Tekstil Sərgisi” həyata keçiriləcək. Qeyd edək ki, cari sahədə Azərbaycandan moda dizaynerlərinin, tekstil ixracatçılarının, geyim markaları və moda brendləri nümayəndələrinin iştirakı Kiçik və Orta Biznes Subyektləri və Klublarının təşkilatçılığı ilə həyata keçiriləcək.
Xəbərlər
11 sentyabr 2023

“Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası keçiriləcək.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və KOB Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə 23-24 sentyabr 2023-cü il tarixində Bakıda “Arşın mal alan” 3-cü milli silsiləvi satış-sərgi yarmarkası həyata keçiriləcək.
Xəbərlər
30 avqust 2023