Paylaş
"İstehsal et, təbiətə zərər vermə!" devizi altında mikro və kiçik sahibkarların sərgi-satış yarmarkası keçirildi.
28 aprel 2023
Xəbərlər
Abşeron Milli Parkında keçirilən mikro və kiçik sahibkarların sərgi-satış yarmarkasının məqsədi ekoloji cəhətdən dayanıqlı iqtisadi inkişafa nail olunması prinsiplərinə diqqət yönəltmək, “yaşıl iqtisadiyyat”, istehsal prosesində sıfır tullantı texnologiyalarının tətbiqi, milli parklarda təbiətə zərər vermədən turistlərə xidmət potensialının nümayiş olunmasıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Abşeron Milli Parkında "İstehsal et, təbiətə zərər vermə!" devizi ilə mikro və kiçik sahibkarların sərgi-satış yarmarkası keçirildi.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarmarkada 20-yə yaxın sahibkarın 100 çeşiddə məhsulu təqdim olundu.
Aprelin 28-dən start götürən sərgi-satış yarmarkasının məqsədi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişaf strategiyasının prioritetlərindən olan ekoloji cəhətdən dayanıqlı iqtisadi inkişafa nail olunması prinsiplərinə bir daha diqqət yönəltmək, “yaşıl iqtisadiyyat”, təbiətə həssaslıq, istehsal prosesində sıfır tullantı texnologiyalarının tətbiqi kimi ideyaların təbliğidir. Tədbir, həmçinin, dövlət-özəl sektor münasibətlərinin qarşılıqlı tərəfdaşlıq müstəvisində möhkəmlənməsi, milli parklarda təbiətə zərər vermədən turistlərə xidmət potensialının nümayiş olunması və xidmət sektoruna sahibkarlıq subyektlərinin cəlb edilməsi kimi məqsədləri özündə ehtiva edir.
Aprelin 29-da sərgi-satış yarmarkasının açılışına həsr olunmuş tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək tədbirlə bağlı fikirlərini bölüşüblər.
Digər xəbərlər

"Beynəlxalq Biznes Festival 2023"
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Biznes Festivalında kənd təsərrüfatı, qida və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin məhsulları təqdim edilir.
Xəbərlər
31 may 2023

"Beynəlxalq Biznes Festival 2023"
“International Business Festival-2023” biznes sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Xəbərlər
26 may 2023

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib. “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransın iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Xəbərlər
25 aprel 2023