Paylaş
“II. Türkiyə-Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Qadın Sahibkarların Biznes Forumu” keçiriləcək.
07 iyul 2024
Xəbərlər
Kipr Türk Ticarət Palatası, Dış Ekonomik İlişkiler Kurulu (DEİK)/Türkiyə-ŞKTC İş Şurası və DEİK/Türkiyə-Azərbaycan İş Şurası, KTTO Qadın Sahibkarlar Şurası və Azərbaycan tərəfindən Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) birgə əməkdaşlığı ilə “II. Türkiyə-Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Qadın Sahibkarların Biznes Forumu” keçiriləcək.
Forumda hər üç ölkənin sahibkar və investor qadınları iştirak edəcəklər.
Baş tutacaq forumun əsas məqsədi qadınların iş həyatında rolu, regional kommersiya və iqtisadi inteqrasiya prosesində qadın sahibkarlığının əhəmiyyəti, ölkələr arası qadın sahibkarlar ilə əməkdaşlığın inkişafında rol oynayan platformaya çevrilməkdir.
Qeyd edək ki, ilk forum 12 iyul 2023 tarixində Türkiyənin İstanbul şəhərində keçirilib.
✅Əgər siz də görüşdə iştirak etmək istəyirsinizsə qeydiyyatdan keçin.
📌Qeydiyyat linki: https://bit.ly/4bsWMwI
❗Qeyd: Səfərlə bağlı bütün xərclər iştirakçı tərəfindən qarşılanır.
❗Qeydiyyatın son tarixi: 17 iyul 13:00
🗓️Tarix: 19 iyul
🕦Saat: 10:00
📍Məkan: Kipr Türk Ticarət Palatası (Mustafa Çağatay konfrans zalı)
Digər xəbərlər

KOBSKA və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gbaru arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəbərlər
15 may 2025
14 may 2025 tarixində B2B görüş baş tutdu.
14 may 2025-ci il tarixində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə Samara şəhərindən gələn biznes nümayəndələri və KOBSKA üzvləri arasında B2B görüş baş tutdu.
Xəbərlər
14 may 2025

Hacı Nuran KOBSKA ofisini ziyarət edib
17 oktyabr tarixində "Həyat" Fondunun təsisçisi, 1-ci Avropa Oyunları və 4-cü İslam Oyunlarının səfiri Hacı Nuran Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) ofisini ziyarət edib.
Xəbərlər
17 oktyabr 2024